Qəbul imtahanlarının vaxtı dəyişdirildi

Qəbul imtahanlarının vaxtı dəyişdirildi

Məleykə Abbaszadə: "Əvvəlki illərin məzunları ali məktəblərə qəbul imtahanlarını aprel ayında verəcək”

Gələn ildən etibarən Azərbaycanda ali təhsil müəssisələrinə və rezidenturaya qəbul imtahanlarının keçirilmə tarixlərində dəyişikliklər edilib.

APA-nın xəbərinə görə, Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) sədri Məleykə Abbaszadə bu gün keçirdiyi mətbuat konfransında deyib ki, 2014-cü tədris ilində əvvəlki illərin məzunları ali məktəblərə qəbul imtahanlarını aprel ayında verəcək: "Biz nəzərdə tutmuşuq ki, əvvəlki illərin məzunları qəbul imtahanlarını yayda deyil, apreldə versinlər. Onların balları apreldə də məlum olacaq. Təbii ki, əvvəlki illərin məzunları müsabiqədə bu ilin məzunlarla birgə iştirak edəcəklər. Bu ilin məzunlarının balları məlum olduqdan sonra müsabiqə yerləri elan ediləcək və onlar müsabiqədə iştirak edəcəklər. Beləliklə, biz imtahan prosesini yay prosesində daha çevik keçirə biləcəyik”.

TQDK sədri qeyd edib ki, üçüncü sınaq imtahanından sonra əvvəlki illərin məzunları üçün qəbul imtahanları keçiriləcək. Bunların təşkilatçılıq nöqteyi-nəzərdən yeniliklər olduğunu deyən M. Ababszadə bildirib ki, yeniliklər elan olunur, hər kəs indidən öz planlarını qurmalıdır.

M. Abbaszadə Azərbaycanda rezidenturaya keçiriləcək qəbul imtahanının vaxtının dəyişiləcəyini də açıqlayıb: "Hazırda rezidenturaya qəbul imtahanlarının 1-ci və 2-ci mərhələsi ardıcıl şəkildə iki gün ərzində keçirilir. Səhiyyə Nazirliyinin razılığı ilə rezidenturanın birinci mərhələsinin də martda keçirilməsi, fevralda isə sənəd qəbulunun aparılması planlaşdırılır. Rezidenturanın ikinci mərhələsinin isə yay aylarında keçirilməsi nəzərdə tutulur. Rezidenturanın ilk mərhələsi baza fənləri üzrə keçirilir. Baza fənərin tədrisi isə I, II və III kursda başa çatır. Ona görə də onların martda imtahan verməsində hansısa çətinliklər olmayacaq”.


Diqqət: Saytda qeydiyyatdan keçərək saytın imkanlarından tam olaraq faydalana bilərsiniz. Qeydiyyatdan keçmək üçün KLİCK EDİN və ya Facebook profilinizlə daxil olun

 27-09-2013, 13:08  Təhsil  20180    Çap Et
+16

   Mənbə:

  WseMir

Xəbərlər haqqında şərh yazın

Adınız:



Bu bölməyə aid digər xəbərlər

  1.     Kifayet  16 iyun 2015 20:45 |    Şərhləri: 1 |    Məqalələri: 0
    kecid ballari ne vaxt aciqlanacaq???
  2.     QAFAROV RAMID RAMIZ |    30 may 2015 00:54 |    Şərhləri: 0 |    Məqalələri: 0
    YAXWI
  3.     elfariz  27 aprel 2015 01:45 |    Şərhləri: 0 |    Məqalələri: 0
    salam men kecen ilin mezunuyam iyulda 18 yawim bitir men universitete sened vere bilerem?
  4.     terane  13 aprel 2015 14:13 |    Şərhləri: 0 |    Məqalələri: 0
    2014 ci il bitmis abuturyentlar ucunde bu kecerlidi?
  5.     WseMir  8 aprel 2015 19:09 |    Şərhləri: 229 |    Məqalələri: 26833
    Sitat: Dilruba
    Men 2013 mezunuyam bu il 2015de kollece imtahan vermey isdyrem menim imtahanim ne vax olacag?

    İmtahan üçün sənəd verəndə sizə bu hakda məlumat verəcəklər

    --------------------
  6.     Dilruba  8 aprel 2015 17:39 |    Şərhləri: 0 |    Məqalələri: 0
    Men 2013 mezunuyam bu il 2015de kollece imtahan vermey isdyrem menim imtahanim ne vax olacag?
  7.     Meryem |    20 mart 2015 22:35 |    Şərhləri: 0 |    Məqalələri: 0
    Mesajınız
    Salam men 2014-cü ilin mezunuyam imtahandan kesilmisem bilmek olar bizim 2015-cilde imtahanım ne vaxtı?
  8.     mosu  11 fevral 2015 22:25 |    Şərhləri: 0 |    Məqalələri: 0
    meleyke xala bizi cox aparacaq uzaqlara.insALLAH ALLAH butun usaqlara komek olsun smile
Online İstifadəçilər
Yeni Gələnlər
myWAP