II qrup üzrə imtahanların nəticələri açıqlandı - Rəsmi

II qrup üzrə imtahanların nəticələri açıqlandı - Rəsmi


Keçid balı 150-yə endirilib.

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) 2013/2014-cü tədris ili üçün Azərbaycan Respublikası ali təhsil müəssisələrinə II ixtisas qrupu üzrə avqustun 3 - də keçirilmiş qəbul imtahanının nəticələrini açıqlayıb.

TQDK-nın mətbuat xidmətindən verilən məlumata görə, yaxın saatlarda hər bir abituriyent TQDK-nın internet saytına daxil olaraq imtahan nəticələri və cavab kartının qrafik təsviri ilə tanış ola biləcək. Abituriyentlər imtahan nəticələri barədə məlumatı həmçinin mobil telefonla 7727 nömrəsinə iş nömrələrini göndərməklə öyrənə biləcəklər.

II ixtisas qrupu üzrə ixtisas seçimində ümumi balı 150 - dən, hər hansı bir imtahan fənni istisna olmaqla qalan dörd imtahan fənninin hər biri üzrə ayrılıqda topladığı nisbi balı 10-dan az olmayan abituriyentlər iştirak edə bilərlər.

Dövlət sifarişli ixtisasların müsabiqəsində ümumi balı 300-dən, hər bir imtahan fənni üzrə ayrılıqda topladığı nisbi balı 10-dan az olmayan abituriyentlər iştirak edə bilərlər. Ümumi balı 300 və daha çox olan abituriyentlərin ixtisas seçiminə buraxılmaları üçün onların fənlər üzrə cavablarına nisbi bal məhdudiyyəti tətbiq olunmur.

II ixtisas qrupu üzrə imtahanda iştirak etmək üçün sənəd vermiş 23052 abituriyentdən 718 nəfəri imtahanda iştirak etməyib. İmtahanda iştirak edən 22334 abituriyentdən 34 nəfəri imtahan qaydalarını pozduğuna görə imtahandan xaric olunub və nəticələri ləğv edilib. Ən yüksək nəticə - 690 bal olub. İxtisas seçimi avqustun 6 - dan avqustun 15-dək internet vasitəsilə aparılacaq.


Diqqət: Hörmətli ziyarətçi saytda qeydiyyatdan keçərək saytın bütün imkanlarından tam olaraq faydalana və öz mövzularınızı (məqalələrinizi) əlavə edərək digər istifadəçilərlə paylaşa bilərsiniz. Qeydiyyatdan keçmək üçün KLİCK EDİN
 5-08-2013, 17:00  Təhsil  9199
+10

   Mənbə:

  Celal Mir

Xəbərlər haqqında şərh yazın

Adınız:



Bu bölməyə aid digər xəbərlər

    diana |    20 may 2015 17:52 |    Şərhləri: 0 |    Məqalələri: 0
Dunya iqtisadiyyatina necə balla kecmək olar???

Dunya iqtisadiyyatina necə balla kecmək olar???
    Cavab yaz | | |  
  • 0
    kenan  12 aprel 2015 10:01 |    Şərhləri: 0 |    Məqalələri: 0
men 6 da oxuyuram 2 ci qurupa verecem
    Cavab yaz | | |  
  • 0
Online İstifadəçilər
Yeni Gələnlər
Top Şərhçilər
  • Yaşadığı yer:Bakı, Azərbaycan

    Şərhləri:747

    kenan qedimov ( Editor )

  • Yaşadığı yer:Baku

    Şərhləri:505

    Efsane Memmedova ( Redaktor )

  • Yaşadığı yer:Quba, Azerbaycan

    Şərhləri:147

    Aytəkin ( User )

  • Yaşadığı yer:Astara

    Şərhləri:31

    adm ( User )

  • Yaşadığı yer:baki

    Şərhləri:22

    Leyla Eliyeva ( Köşə yazarı )

  • Yaşadığı yer:

    Şərhləri:12

    Aynur Huseynova ( User )

  • Yaşadığı yer:baki

    Şərhləri:11

    Nice ( User )

  • Yaşadığı yer:masalli

    Şərhləri:11

    gozel ( User )

myWAP