Kredit borcu olanlar – MÜTLƏQ OXUYUN

Kredit borcu olanlar – MÜTLƏQ OXUYUN

Günümüzdəki ən aktual hüquqi məsələlərdən biri problemli kreditlərlə bağlıdır. Xüsusilə də, il ərzində ikinci devalvasiyadan sonra vəziyyət daha da aktuallaşıb. Borclular borcunu ödəyə bilmir. Bu zaman bizi bir sual maraqlandırır: banklar kredit borcu olan şəxləri cinayət məsuliyyətinə cəlb edə bilərmi?



İqtisadçı ekspert Natiqli Cəfərli məsələ ilə bağlı açıqlamasında deyib: “Bu bankla müştərinin arasında bağladığı müqavilənin şərtlərindən asılıdır. Ən son addım kimi əgər borclu məhkəməyə verilibsə və məhkəmə həqiqətən onun imkanı olduğu halda borcunu ödəmədiyini sübut edibsə, o zaman həmin şəxs cinayət məsuliyyətinə cəlb oluna bilər”.

Hüquqşunas Cümşüd Nəcəfov isə deyib: “Əgər siz bankdan kredit götürmüsünüzsə, adınıza daşınar və ya daşınmaz heç bir əmlak yoxdursa, yaşamaq üçün bir mənziliniz olsa belə, banklar götürülən kreditin müqabilində yaşadığınız mənzili bankın sərəncamına keçirə bilməz, yaxud hərracdan satışını qoyub krediti ödətdirə bilməz”.Hüquqşunas əlavə edib ki, 2017-ci il “Yaşayış minimumu haqqında” Azərbaycan Respublikası Qanununda yaşayış minimumu əmək qabiliyyətli fiziki şəxslər üçün 164 manat 50 qəpik, əmək qabiliyyətli olmayan fiziki şəxslər üçün 130 manat 20 qəpik, yetkinlik yaşına çatmayan uşaqlar üçün isə 136 manat 60 qəpik müəyyən olunur: “Nümunə üçün bir məsələni qeyd edirəm: Tutaq ki, ailədə 4 nəfər vətəndaş yaşayır. İkisi əmək qabiliyyətli, ikisi isə yetkinlik yaşına çatmayan vətəndaşlardır. Valideynlərdən biri işləyir və aylıq məvacibi 610 manat təşkil edir. Məhkəmə qaydasında qeyd olunan aylıq məvacibin yalnız 3 manat 90 qəpiyinə kreditin ödənişi yönəldilə bilər. Çünki yaşayış minimumunu topladıqda 602 manat 20 qəpik təşkil edir. 610 manat aylıq məvacibdən 602 manat 20 qəpik çıxılır və nəticədə 7 manat 80 qəpik qalır. Məhkəmə qətnamə qəbul etdikdə kreditin ödənişi maksimum bu məbləğin 50%-nə yönəldilə bilər. Bu da 3 manat 90 qəpik təşkil edir. Belə olan halda yalnız məhkəmənin qərarı ilə vətəndaşın adına olan daşınar və ya daşınmaz əmlaka həbs qoyula bilər”.

Mənbə: metbuat.az
Şərh Yaz

Xəbər haqqında fikirlərinizi yazın

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
Gözləyin...