Mərkəzi Bank qısa zamanda kreditlərə kompensasiya verməlidir

Mərkəzi Bank qısa zamanda kreditlərə kompensasiya verməlidir
İqtisadçı alim Vüqar Bayramov bildirib ki,

"Maliyyə Bazarlarına Nəzarət Palatasının “10 min dollaradək kreditlərə kompensasiyanın ödənilməsi müzakirə edilən bilər” açıqlamasından sonra Parlament də sözügedən məsələyə münasibət bildirdi. Kompensasiyanın verilə bilməsi ilə bağlı nikbin açıqlamalara baxmayaraq hələlik Mərkəzi Bank tərəfindən bu istiqamətdə real addımlar atılmayıb. Nəinki ikinci devalvasiyadan, elə manatın ilk dəyərsizləşməsindən sonra Qazaxıstan, hətta ABŞ kimi aparıcı ölkələrin də təcrübəsini nəzərə alaraq kreditlərə kompensasiyanın verilməsini hər an gündəmə gətirsəm də, təəssüf ki, Mərkəzi Bank bu məsələdə yenə də tərəddüd edir. Amma Mərkəzi Bankın bu tərəddüdü bank sektoru üçün ciddi çətinliklər yaratmaqdadır. Uzun müddət yüksək faizlərdən bəhrələnən banklar isə faizləri endirmək əvəzinə daha çox inzibati metodlardan istifadə etməyə çalışırlar.
Əslində, bununla da problemi daha da dərinləşdirirlər. Nəticədə, getdikcə borcluların banka kreditlərini ödəməmək adiləşir. Devalvasiyadan sonra manatla xərcləri artan vətəndaşlara nə Mərkəzi Bank, nə də hələ də yükəsk faizlərini saxlayan banklar güzəşt etmədiyindən borcluların çoxunun ödəmə qabiliyyəti pisləşib. Əslində, Mərkəzi Bank kreditlərə kompensasiya ödəməklə deyil, ödəməməklə maliyyə intizamınn pozulmasına imkan yaratdı.

Zamanında kompensasiya mexanizmi tətbiq olunsaydı problemli kreditlərin həcmi bu qədər artmazdı və ödənişləri yubatmaq adiləşməzdi. Mərkəzi Bank bank sektorunda maliyyə intizamının daha da pisləşməsini arzulamırsa o zaman qısa zamanda kreditlərə kompensasiya verməlidir. Əks halda, iqtisadiyyatın mühərriki hesab edilən bankları gözləyəcək problemləri proqnozlaşdırmaq çətin olmayacaq."

Mənbə: Mir.Az
Şərh Yaz

Xəbər haqqında fikirlərinizi yazın

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
Gözləyin...