Tovuzda Göytəpə yaşayış məskənindən daha qədim olan abidə aşkarlandı

Tovuzda Göytəpə yaşayış məskənindən daha qədim olan abidə aşkarlandı

Zəngin və unikal abidələr diyarı olan Tovuz, həm də yer üzünün ilk insan məskənlərindən biridir. Aparılan qazıntı işləri nəticəsində arxeoloqlar tərəfindən Hacıələmxanlı təpə adlı ərazidə aşkar edilmiş ilk insan məskənləri də bunu deməyə əsas verir. Belə ki, rayonun qədim “Göytəpə” ərazisində tədqiqatlarını davam etdirən ekspedisiya qrupunun rəhbəri Fərhad Quliyevin sözlərinə görə, bu ərazi son qazıntılar zamanı üzə çıxarılıb. Və buranın yaşı Göytəpə yaşayış məskənindən 300 il daha qədimdir. Hacıələmtəpə də ilk insanların təqribən e.ə 7 – ci minilliyin sonu, 6 – cı minilliyin əvvəllərində yaşadığı güman olunur. Kür çayının orta axarı boyunca yaşayan insanlar çox güman ki, ilk olaraq Hacıələmxanlıtəpədə məskunlaşıblar. Buna səbəb isə Göytəpə ərazisindən fərqli olaraq burada çiy kərpiclərə, keramika məmulatlarına, saxsı alətlərə daha az rast gəlinməsidir. Bu dövr üçün daha çox xarakterik olan dəvəgözü daşından olan iti uclu alətlər, nukleus tipli çapacaqlar, ornamentli toxalar tədqiqatçılar tərəfindən aşkar edilərək götürülüb. Qeyd edək ki, qazıntı işlərində Azərbaycanlı arxeoloqlarla yanaşı Yaponiyadan olan ekspedisya qrupu da yaxından iştirak edir. Cənubi Qafqazda ilk insan məskənlərinə daha çox Azərbaycan ərazisində rast gəlindiyini deyən yapon ekspedisiya qrupunun rəhbəri Yoşihiro Nişiyaki, bölgə ilə ilk tanışlığından da danışdı.Qeyd edək ki, sentyabr – oktyabr aylarında Tovuzda beynəlxalq konfrans keçirilməsidə nəzərdə tutulur. Dünya tarixçilərinin, ictimai xadimlərinin iştirakı ilə baş tutacaq bu tədbir bölgənin qədim abidələrini tanıtmaq baxımından çox əhəmiyyətli olacaq. Bundan başqa, qazıntıların məntiqi yekunu olaraq ilin sonunda Göytəpə yaşayış məskəni haqqında kitab da işıq üzü görəcək.

Mənbə: Mir.Az
Şərh Yaz

Xəbər haqqında fikirlərinizi yazın

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
Gözləyin...