500 məktəbin direktoru vəzifəsi boşdur

500 məktəbin direktoru vəzifəsi boşdur

“Direktor vəzifəsi üzrə təxminən 500-ə yaxın vakant yer var”,



Vunu Təhsil Nazirliyinin İnsan Resursları Şöbəsinin müdiri İlham Nağıyev bu gün ümumi təhsil müəssisələrinin direktoru vəzifəsinə işə qəbul və direktorların yerdəyişməsi üzrə yeni qaydaların təsdiqi ilə bağlı keçirilən mətbuat konfransında deyib.

İ. Nağıyev bildirib ki, təsdiq olunan yeni qaydalara əsasən, ümumi təhsil müəssisələrinin vakant olan direktor vəzifələrinin tutulması üçün Təhsil Nazirliyi tərəfindən mərkəzləşdirilmiş qaydada müsabiqə keçiriləcək və 4 mərhələdən ibarət olacaq bu müsabiqənin mart, aprel ayları ərzində keçirilməsi nəzərdə tutulur: “ Yeni qaydalara görə, direktor vəzifəsinin tutulması üzrə müsabiqədə pedaqoji və ya idarəetmə sahəsi üzrə ali təhsili olan, azı 5 il pedaqoji staja malik hər bir şəxs iştirak edə bilər. Bu şəxslər müsabiqədə iştirak üçün qeydiyyatda olduğu və ya faktiki yaşadığı rayon ( şəhər) məktəblərinin vakant olan direktor vəzifəsini seçə bilər”.

Şöbə müdiri əlavə edib ki, artıq direktor olmaq istəyənlər Rayon və ya Şəhər Təhsil Şöbəsinin təqdimatı əsasında deyil, özü könüllü olaraq sənəd verə biləcək.

İ. Nağıyev bildirib ki, sabahdan direktor vəzifəsi üzrə vakant yerlər elan ediləcək: “Təxminən 500-ə yaxın vakant yer var. Rayon yerlərində vakant yerlər şəhərlərə nisbətən daha çoxdur. Sənəd qəbulu isə aprelin əvvəlinə kimi davam edəcək”.

Şöbə müdirinin sözlərinə görə, “Ümumi təhsil müəssisələrində rəhbər vəzifələrə namizədlərin müəyyənləşdirilməsi üzrə təlim kursları” nın əhatə etdiyi rayon və şəhərlərdə direktorların işə qəbulu üzrə müsabiqəyə bu kursları bitirərək “Uğur sertifikatı” əldə etmiş şəxslər birbaşa müsabiqənin dördüncü mərhələsinə ( müsahibə) keçəcəklər.

Şöbə müdiri sonda onu da qeyd edib ki, direktor olmaq istəyən şəxslərdən əmək və təhsil qanunvericiliyi, məktəb idarəçiliyi, maliyyə və statistika sahəsində test tapşırıqlarını cavablandırmaqla yanaşı, həm də əvvəlcədən təqdim edilmiş mövzu üzrə esse yazmaq tələb olunur.

Mənbə: Mir.Az
Şərh Yaz

Xəbər haqqında fikirlərinizi yazın

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
Gözləyin...