İşsizliyə görə müəyyən olunmuş müavinətlərlə bağlı vacib məlumat

İşsizliyə görə müəyyən olunmuş müavinətlərlə bağlı vacib məlumat

Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Səlim Müslümov işsizliyə görə müəyyən olunmuş müavinətin məbləği artırılacağı ilə bağlı bir müddət əvvəl açıqlama vermişdi. Açıqlamada hazırda 55 manat olan məbləğin 30-40% artırılaraq, 71-77 manata çatdırılması nəzərdə tutulub. Nazir bununla bağlı hələ ki təkliflər planı hazırlandığını qeyd edib. Xəbəri tam anlamayan və bir-birindən eşidən vətəndaşlar Məşğulluq Mərkəzlərinə üz tutmağa başlayıb.


Son vaxtlar Məşğulluq Mərkəzinə müraciət edənlərin sayı artıb. Lənkəran Şəhər Məşqulluq Mərkəzinin aparıcı məsləhətçisi Şəhriyar Əsədov müraciətlərin çoxluğunu əhalinin məlumatsız olması ilə əsaslandırdı.

Şəhriyar Əsədov – Lənkəran Şəhər Məşğulluq Mərkəzinin aparıcı məsləhətçisi

“3 il ərzində işi olmayan, ali və orta ixtisas təhsili olan insanlar üçündür. Yalnız torpaq payı olmasın, vergi ödəyicisi olmasın və pensiya almamaq şərti ilə.”

Şəhriyar Əsədovun dediyinə görə, yeni təkliflər planında nəzərdə tutulub ki, əmək müqaviləsi olan şəxslər onu qeydiyyatdan keçirməli, sosial sığorta haqları ödəməlidirlər: Belə olduğu halda o şəxslərə müavinət ödəniləcək. Müsahibimizonu da qeyd etdi ki, 2015 ci ildə onlara müraciət edən vətəndaşlardan sosial müdafiəyə ehtiyacı olan 69 nəfəri kvota üzrə 27 -ə yaxın müəssisə və təşkilata boş iş yerlərinə göndərilib .

Şəhriyar Əsədov – Lənkəran Şəhər Məşğulluq Mərkəzinin aparıcı məsləhətçisi

“İşlə təmin olunanlar su təchizatı, meşə təsərrüfatı, balıqçılıq, əczaçılıq sahələri üzrə müvafiq işlərlə təmin olunmuşdur. Passiv sosial müdafiə sahəsi üzrə müəyyən tədbirlər həyata keçirilmişdir. Belə ki, il ərzində 62 nəfərə (onlardan 14-ü qadın olmaqla) işsiz statusu verilmişdir.”

Müsahibimizin sözlərinə görə 35 yaşdan yuxarı insanlar üçün vakant yerlərin olmaması, əmək haqqının azlığı da işlə təminatda yaranan problemlər sırasındadır. Bəzi şirkətlər, firmalar vakant yerləri onlara təqdim etmir, yaxud insanların ixtisasına uyğun vakant yerlər olmur. Peşə təhsili olan şəxsləri və eləcə də işə ehtiyacı olanları müvəqqəti işlə təmin edə bilirlərmi sualına müsahibimiz belə cavab verdi.

Sinxron: Şəhriyar Əsədov – Lənkəran Şəhər Məşqulluq Mərkəzinin aparıcı məsləhətçisi

“Peşə təhsili üzrə nadir hallarda bizdə vakant iş yerləri olur. Məsələn, kompüter mühasibliyi, bərbər, barmen kimi peşə sahiblərini biz müvəqqəti məşğulluqla təmin edirik.”
Reklamları Keç » » » »
Hazırlanır zəhmət olmasa gözləyin.

Mənbə: ctv.az

Şərhlər 1

  1. Fuad
    Fuad - 1 fevral 2016 11:50
    Hami diyir is yeri acilib hani nazir oz cibini gudur hami oz isindedi kasibin pulunu nece yimek olar az galib hami cavab verecek axiretde sexsen men bele vetene gulug etmerem
Şərh Yaz

Xəbər haqqında fikirlərinizi yazın

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
Gözləyin...