reklam

Xalça muzeyi sentyabrda istifadəyə veriləcək

26-05-2013, 12:34
Müəllif: Celal Mir
Baxış: 565
Çap et


ənizkənarı Milli Parkda Lətif Kərimov adına Azərbaycan Xalçası və Xalq Tətbiqi Sənəti Dövlət Muzeyi üçün inşa olunan yeni binanın cari ilin sentyabrında istifadəyə verilməsi nəzərdə tutulur.

Publika.Az "AzərTAc"-a istinadla xəbər verir ki, Heydər Əliyev Fondunun, Mədəniyyət və Turizm Nazirliyinin və UNESCO-nun birgə layihəsi əsasında inşa olunan yeni bina memarlıq üslubuna və qeyri-adi formasına görə tamamilə fərqlənir. Binanın yerin altında olan hissəsində müasir avadanlıqla təchiz olunmuş arxiv, anbar, laboratoriya, bərpa və konservasiya şöbələri fəaliyyət göstərəcək.

Binanın birinci mərtəbəsində inzibati və elmi zona, ikinci mərtəbədə kitabxana, xalça toxuma və tikmə elmi mərkəzi, üçüncü mərtəbədə danışıqlar və audio-vizual təqdimat otaqları yaradılacaq. Dördüncü mərtəbə isə sərgi salonları və görüş otaqları üçün nəzərdə tutulub. Burada, həmçinin açıq havada heykəl və xalçaların nümayişi üçün sahə də salınıb.

Muzey Azərbaycana xarici turistlərin cəlb edilməsində də əhəmiyyətli rol oynayacaq. Burada turistlər qanuna müvafiq qaydada üzü köçürülmüş qədim Azərbaycan xalçalarını almaq imkanına malik olacaqlar.

Avropa və Şərq memarlıq nümunələrinin sintezindən yaranmış yeni muzey ölkəmizin zəngin mədəni irsinin dünyaya çatdırılmasında əvəzsiz rol oynayacaq.



Hər gün bir dəfə aşağıdakı reklama daxil olaraq saytımıza dəstək olmağınız xahiş olunur
Məqalə Reytingi:
  
Hörmətli ziyarətçi, Siz qeydiyyatdan keçməmiş istifadəçi kimi saytın bütün imkanlarından yararlana bilmirsiniz. Qeydiyyatdan keçərək saytın bütün imkanlarından yararlana bilərsiniz. Gün ərzində baş vermiş ən önəmli hadisəıər qeydiyyatdan keçmiş istifadəçilərim E-MAİL adreslərinə göndərilir.