Sosial yardım alanların sayı azalır

Sosial yardım alanların sayı azalır
Ölkədə ünvanlı dövlət sosial yardımı alan ailələrin sayı azalıb.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən verilən məlumata görə, ölkədə məşğulluq imkanlarının və əhalinin gəlirlərinin mütəmadi artımı, həmçinin ünvanlı dövlət sosial yardımlarının təyinatında şəffaflıq və ünvanlılığın təmin edilməsinə nəzarətin gücləndirilməsi bu yardımları alanların sayının azalması ilə müşahidə edilib.

Ötən ay respublika üzrə ünvanlı dövlət sosial yardımı alan ailələrin sayı 2014-cü ilin may ayı ilə müqayisədə 21987 ailə (96644 nəfər ailə üzvü) və ya 16 faiz azalaraq 115415-ə (503181 nəfər ailə üzvü) enib. Bu dövrdə ünvanlı dövlət sosial yardımlarının hər ailəyə və hər ailə üzvünə düşən orta aylıq məbləği 15,4 faiz artmaqla müvafiq olaraq 146,78 manata və 33,67 manata çatıb. May ayında ünvanlı dövlət sosial yardımı ödənilən ailələrin 33056-nı (28,6 faiz) tərkibində 3 və daha çox uşağı olan ailələr təşkil edib. Yardım alan ailələrdə 18 yaşadək ailə üzvlərinin sayı 238921 nəfər, onlardan 1 yaşadək uşaqların sayı 6464 nəfər, sağlamlıq imkanları məhdud 18 yaşadək ailə üzvlərinin sayı 5551 nəfər olub.

Mənbə: axar.az
Şərh Yaz

Xəbər haqqında fikirlərinizi yazın

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
Gözləyin...