İş axtaranların nəzərinə

İş axtaranların nəzərinə
Ədliyyə Nazirliyinin Müsabiqə Komissiyası ədliyyə orqanlarında işləmək istəyən şəxslər üçün sentyabrın 17-dən növbəti müsabiqə elan edib.

Nazirliyin icra xidmətində, regional ədliyyə və qeydiyyat şöbələrində, həmçinin digər ədliyyə sahələrində olan vakant vəzifələrdə çalışmaq üçün "Ədliyyə orqanlarında qulluq keçmə haqqında" Qanunun tələblərinə cavab verən ali hüquq təhsilli azərbaycan Respublikası vətəndaşları müsabiqəyə dəvət olunur.

Müsabiqədə iştirak etmək arzusunda olanlar ərizələrini Ədliyyə Nazirliyin inzibati binasına və regional ədliyyə şöbələrinə təqdim edə və ya nazirliyin elektron poçtuna (contact@justice.gov.az) göndərə bilərlər.

Xatırladırıq ki, müsabiqənin birinci mərhələsində - test imtahanında iştirak etmək arzusunda olanların yalnız müvafiq formada ərizə ilə müraciət etməsi kifayətdir. Ərizə formasını Ədliyyə Nazirliyinin internet səhifəsindən (www.justice.gov.az), nazirlikdən və ya regional ədliyyə şöbələrindən əldə etmək mümkündür.

Qaydalara əsasən test imtahanından uğur qazanmış namizədlərin digər sənədlərinin toplanması və yoxlanılması bu mərhələdən sonra həyata keçiriləcək və qanunvericiliklə müəyyən edilmiş tələblərə cavab verən şəxslər ikinci mərhələyə - söhbətə buraxılacaqlar.

Həmçinin bildiririk ki, hazırkı müsabiqədə iştirak edəcək hüquqşünaslar üçün test imtahanına və söhbət mərhələsinə mükəmməl hazırlaşmalarına və yüksək nəticələr əldə etmələrinə köməklik məqsədilə Ədliyyə Akademiyasında müvafiq hazırlıq kursunun təşkili nəzərdə tutulub.

Test imtahanının və hazırlıq kursunun vaxtı və yeri barədə əlavə məlumat veriləcək.

Mənbə: Mir.Az
Şərh Yaz

Xəbər haqqında fikirlərinizi yazın

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
Gözləyin...