Psixoloq: “Ailə probleminizi sosial şəbəkədə paylaşmayın”

Psixoloq: “Ailə probleminizi sosial şəbəkədə paylaşmayın”“Sosial şəbəkələr ailələrin dağılmasında çox böyük rol oynayır”.
Bunu Axar.az-a açıqlamasında Psixologiya və Konsultasiya Mərkəzinin psixoloqu Elnur Rüstəmov ailələrin dağılmasında sosial şəbəkələrin rolunu şərh edərkən deyib.

Onun sözlərinə görə, istisnalar olmasına baxmayaraq, ümumi götürdükdə sosial şəbəkələr münasibətlərin yenidən bərpasında əks təsir rolunu oynayır:

“Bütün ailələrdə xırda problemlər olur. Ancaq tərəflər oturub ailədaxili problemlərini həll etmək əvəzinə bunu sosial şəbəkələrdə paylaşırlar. Düşünə bilmirlər ki, bu, növbəti problemin yaranmasına gətirib çıxara bilər. Məsələ həll olunmadan gözlənilməz halda yenisi ortaya çıxır. Ən mühüm problem isə tərəflər arasında köhnə münasibətlərin bərpası ilə bağlı mütəxəssisə müraciət olunmamasıdır. Ən dəhşətlisi isə, xanımıyla ailədaxili münaqişə yaşayan əks cinsin nümayəndəsi problemi çözmək əvəzinə çox yanlış hərəkətə, məsələn, əvvəllər münasibəti olduğu başqa bir xanımla əlaqə qurmağa başlayır. Ailələrarası münasibətlərin bərpa olunması prosesində sosial şəbəkələr çox böyük fəsadlara yol açır. Nəticədə bütün bunlar bu gün azərbaycanda hətta sonu faciələrlə nəticələnən ailədaxili münaqişələrin yaranmasına səbəb olur”.

Psixoloqun fikrincə, ailədaxili münaqişələr baş verən zaman tərəflər birmənalı şəkildə mütəxəssis dəstəyi almalıdırlar:

“Çünki mütəxəssis dəstəyi birbaşa problemin həllinə köklənir və eyni zamanda mütəxəssis dəstəyində obyektivlik müşahidə olunur. Bu cür dəstəklərin ən mühüm əhəmiyyəti isə bu kimi halların növbəti dəfə təkrarlanmasının qarşısının alınmasıdır. Ancaq bu gün insanlar belə problemlərin həllinə sosial şəbəkələrdə çıxış yolu axtarırlar. Bu isə məsələnin daha da qabarmasına və yolların ayrılmasına səbəb olur. İstər ailə, istərsə də valideyn ilə övlad münasibətlərinin tənzimlənməsində bir psixoloq olaraq insanları daha da diqqətli olmağa çağırıram. Əks təqdirdə gözlənilməz situasiyalarla qarşılaşa bilərlər. Xüsusi olaraq vurğulamaq istərdim ki, ailədaxili münaqişələrin sosial şəbəkələrdə həllinə yönəlik məqamlarda qarşı tərəf hər hansı məsləhət verdikdə düşünmür ki, o, burada “psixoloq” rolunu oynayır. Belə olan təqdirdə həmin şəxs peşəkar olmadığından problemi çözmək əvəzinə hər şeyi alt-üst edə bilər”.

Elnur Rüstəmov ən yaxşı çıxış yolu kimi hər iki cinsin nümayəndələrini sosial fəaliyyətlərində gender bərabərliyinin qorunmasına riayət etməyə çağırdı. O, eyni zamanda adi mobil telefonlara qoyulan kodlarda belə, hər iki cinsin nümayəndəsinin bunu bilməsi kimi hallarının vacibliyini vurğulayaraq bunun ailədə məsuliyyətin dərk olunmasına böyük təsir göstərəcəyini bildirdi.

Mənbə: Mir.Az
Şərh Yaz

Xəbər haqqında fikirlərinizi yazın

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
Gözləyin...