Əmək və sosial müdafiə sistemində vakant vəzifələr üzrə yeni gənc kadrlar işə cəlb olunur

Əmək və sosial müdafiə sistemində vakant vəzifələr üzrə  yeni gənc kadrlar işə cəlb olunur
Dekabrın 29-da əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov nazirlik sistemində vakant vəzifələr üzrə yeni gənc kadrların işə cəlb olunması sahəsində görülən işlərə dair mətbuat konfransı keçirmişdir.
İlk növbədə konfrans iştirakçılarına qarşıdan gələn Dünya azərbaycanlılarının Həmrəylik günü və Yeni il bayramı münasibəti ilə təbriklərini çatdıran Səlim Müslümov möhtərəm dövlət başçısının tapşırığına uyğun olaraq, son vaxtlarda nazirliyin fəaliyyətinin gücləndirilməsi və şəffaflığın təmin olunması məqsədilə aparılan işlərin tərkib hissəsi kimi, öz vəzifə funksiyalarını düzgün yerinə yetirməyən və dövlət qulluqçusunun etik davranış qaydalarına uyğun olmayan hallara yol verən əməkdaşların vəzifələrindən azad edildiklərini bildirmişdir.
Qeyd olunub ki, bununla əlaqədar dövlət qulluğunun inzibati vəzifələri üzrə yeni vakant yerlərə layiqli kadrların cəlb olunması məqsədilə nazirlik tərəfindən azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyaya müraciət edilərək, Komissiyanın keçirdiyi müsabiqələrdə və müsahibə mərhələlərində uğur qazanmış, son iki ildə Komissiyanın ehtiyat kadrlar siyahısında olan iqtisadçı və ya hüquqşünas ixtisaslarına malik namizədlər barədə məlumatlar alınmışdır.
Məlumatlar əsasında 35 nəfər gənc son iki gündə nazirliyə dəvət olunaraq, onlara müvafiq vəzifələr təklif edilmişdir. Onlardan sosial müdafiə sahəsində işləmək qabiliyyəti olan 16 nəfər gənc öz seçimlərinə uyğun olaraq rayon (şəhər) Əhalinin sosial müdafiəsi mərkəzlərində inzibati vəzifələr üzrə vakant yerlərə təyin edilmişlər.
Nazirlik bundan sonra da mövcud vakant vəzifələrə kadr təyinatlarının aparılması işlərini müvafiq qanunvericiliyə uyğun şəkildə davam etdirəcəkdir.
Səlim Müslümov yeni işə qəbul olunan gənclərə üz tutaraq, onları dövlət qulluğu sistemində fəaliyyətə başlamaları münasibətilə təbrik etmiş, onlara dövlət qulluqçusu olmağın şərəfini daim uca tutmağı və çalışacaqları kollektivdə daim nümunəvi fəaliyyət və davranışları ilə seçilməyi arzulamışdır. Daha sonra jurnalistlərin mövzu ilə bağlı sualları cavablandırılmışdır.

Mənbə: Mir.Az
Şərh Yaz

Xəbər haqqında fikirlərinizi yazın

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
Gözləyin...