" Bəzi Əliyevçilər üçün kiçik düzəliş " MirŞahin yazır

" Bəzi Əliyevçilər üçün kiçik düzəliş " MirŞahin yazır

Tanınmış jurnalist Mir Şahin 1995-ci ilin 13-17 mart günlərində Bakıda OMON-la (xüsusi təyinatlı polis dəstəsi) ilə silahlı qüvvələr arasında baş vermiş toqquşmanı yada salıb.



İstiPress-in məlumatına görə, tanınmış jurnalist öz “Facebook” səhifəsində yazıb:

...Ölənləri bir dəqiqəlik sükutla yad etmək olar. Amma tarixi sükutla yad etmək olmaz! Bu cinayətdir! Heydər Əliyevi Yeni Azərbaycanın qurucusu adlandırırıq və bu qiymətləndirmədə tam haqlıyıq. Amma "Yeni Azərbaycanın Qurulması və Qurucusu" ifadəsi bədii təyin deyil, gəlişi gözəl sözlər deyil. Bu bir şəxsiyyətin əməllər toplusudur, fəaliyyətinin yekunudur, əldə olunmuş nəticədir. Heydər Əliyev Yeni Azərbaycan qurarkən böyük problemləri, taleyüklü məsələləri həll edirdi, Xilaskar missiyasını həyata keçirirdi. 1995-ci ilin "Mart Hadisələri" nə də məhz Heydər Əliyev yolunun dayanacaqlarından biri kimi yanaşmaq lazımdır. 17 Mart 1995-ci il Azərbaycan tarixinə Silahlı müxalifətin ləğv edildiyi gün kimi daxil oldu. Azərbaycan dövləti çevrilişçilərdən xilas oldu. Ölkədə hakimiyyətin zorla dəyişdirilməsi dövrü bitdi. Azərbaycanın qlobal proyektlərinin vüsəti faktiki olaraq bundan sonraya təsadüf etdi. Heydər Əliyevin Azərbaycan Dövləti üçün gördüyü ən böyük işlərdən biri 17 Mart hadisələrini OMON qiyamını dövlət maraqlarına uyğun şəkildə bitirmək oldu. Bu tarix həmişə Novruz -Yeni Gun ərəfəsinə təsadüf edəcək və bu bəlkə də təsadüf deyil. Bu, Azərbaycan Dövləti üçün doğrudan da Yeni Gündür. 1995-ci ilin mart hadisələri göstərdi ki dövlətlərin qardaşı, əmisi, dayısı olmur. Müstəqillik yolu tutan dövlətlərin ətrafında rəqiblər olur. Hətta qardaş Türkiyəni də razı salmayan nələrsə ola bilər və olur da. Prezident Heydər Əliyev o zamankı türk səfiri Altan Karamanoğluyla qiyamçıların nümayəndəsilə danışan kimi danışırdı. Yaddaşlı vətəndaşın yadında qalmamış olmaz: Səfir Prezidentdən qiyamçılar üçün Ağ Bayraq xahiş edirdi... Belə belə işlər... Heydər Əliyev Azərbaycanı düşməndən də, dostdan da belə qorudu! Və bu günü unutmaq, üstündən sükutla keçmək olmaz! Heydər Əliyevə görə yox, Azərbaycana görə! Anlaşılandır: bayram, plov, şəkərbura, paxlava və s. Amma tarix süfrə deyil. Onu ortadan asan yığışdırmaq olmaz. Ümumiyyətlə, yığışdırmaq olmaz. Televiziyalari bir az başa düşürəm. O hadisələri əks etdirən kadrları yoxdur. Çəkməyiblər. ANS-in də loqosu ilə efirə verməyə qorxurlar. Amma unutmayaq ki tarix ANS-in loqosundan qorxanların dəsti xətti ilə yazılmır... ANS in çəkdiklərini göstərməmək istəyirsinizsə, göstərməyin: Amma bu tarixdir axı, Heydər Əliyevin xidmətlərinə yalnız ANS-ə olan anlaşılmaz administrativ qəbul edilməzliyə görə göz yummaq tarixi ədəbsizlikdir, dostlar!!! Siz loqomuzdan qorxursunuz, amma biz o günlər də güllədən qorxmadıq! Həmkarımız Adil Bünyadovu orda itirdik. Ölərkən üstündən ANS-in vəsiqəsi çıxdı... Allah ona, həmin gün anlayaraq, anlamayaraq həlak olan hər bir vətəndaşımıza rəhmət eləsin! Hər biri Azərbaycanı öz qəbri boyda artırdı, böyütdü! Hər kəs bacardığı kimi. Bilirsiniz, tarixin yalnız bu günü kiminsə əlində ola bilər, sabah həmişə tarixin əlındə olacaq! Düzünü onsuz da hamı bilir. Hamı isə hələ doğulmayıb!

Mövzuya aid fotolar:

Mənbə: İstipress
Şərh Yaz

Xəbər haqqında fikirlərinizi yazın

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
Gözləyin...