"Tramp nə əmim, nə də dayım oğludur..." - Ziya Məmmədov

"Tramp nə əmim, nə də dayım oğludur..." - Ziya MəmmədovABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampın gələn il yanvarın 20-də keçirilməsi nəzərdə tutulan inaqurasiya mərasimində kimlərin iştirak edəcəyi barədə müzakirələr gedir.

""Amerika-Azərbaycan" Alyansının sədri, Nəqliyyat naziri Ziya Məmmədovun oğlu Anar Məmmədov ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampın innaqurasiya mərasiminə dəvət olunub". Bu xəbəri "Qafqazinfo" yayıb. Məlumata görə, iş adamı andiçmə mərasimində iştirak etmək üçün yanvarın 20-də bu ölkədə səfərdə olacaq.

Qeyd edək ki, biznesmen Anar Məmmədovun Donald Trampla iş birliyinin olması haqda Azərbaycan mətbuatında dəfələrə məlumatlar dərc olunub. O, eyni zamanda Bakının Xətai rayonu ərazisində yerləşən "Tramp" adlı böyük bir plaza da inşa etdirib.

ABŞ-ın yeni prezidentinin adı elan olunandan sonra nəqliyyat naziri və onun oğlunun Tramp ailəsi ilə əlaqələrindən çox yazılıb. Bütün bunlarla əlaqədar, həmçinin inauqurasiyaya dəvət mövzusu ilə bağlı xəbərlərə aydınlıq gətirmək üçün nəqliyyat nazirinə müraciət etdik. Gün ərzində dəfələrlə göstərdiyimiz cəhdlərin yekununda cənab Ziya Məmmədovla şəxsən danışa bildik.

Milli.Az bildirir ki, sualı dinləyən nazir "Yeni Müsavat"a bunları bildirdi: "Bu xəbərləri hardan alırsınız, bilmirəm. Mənim xəbərim yoxdur. Mən o xəbərlərlə məşğul deyiləm. Heç bir dəvət də olmayıb. Tramp mənim əmim oğlu deyil, dayım oğlu deyil. Mənim bir prezidentim var, o da ölkəmin prezidentidir. Xahiş edirəm, belə şeylərlə bağlı məni narahat etməyin".

Mənbə: Mir.Az
Şərh Yaz

Xəbər haqqında fikirlərinizi yazın

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
Gözləyin...