Seçkilərlə bağlı maraqlı rəqəmlər

Seçkilərlə bağlı maraqlı rəqəmlər

Prezident seçkiləri geridə qalsa da seçki ilə bağlı müzakirələr davam etməkdədir.


WseMir.CoM Qafqazinfo istinadən xəbər verir ki, azpolitika.info saytı seçkilərin nəticələri ilə bağlı maraqlı yazı dərc edib. Yazıda MSK-nın elan etdiyi səsvermənin rəsmi nəticələrindən istifadə olunub. Belə ki, MSK-nın rəqəmlərindən bəlli olur ki, müxalifətin əsas namizədi Cəmil Həsənli öz doğulduğu və böyüdüyü kənddə belə kifayət qədər səs toplamayıb. Rəsmi nəticələrə görə, Cəlilabad rayonunu əhatə edən iki seçki dairəsi (67 və 68 saylı dairələr) ərazisindən Cəmil Həsənli cəmi 2174 səs alıb. İlham Əliyev isə bu iki dairədən təxminən 20 dəfə çox – 46292 səs alıb.

Adıçəkilən şəxslərdən başqa 67 və 68 saylı dairələrdən Zahid Oruc 1561, Qüdrət Həsənquliyev 1632, İqbal Ağazadə isə 1510 səs toplayıb. Rəsmi rəqəmlərdən belə görünür ki, Cəmil Həsənli öz rayonundan cəmi 2174 səs aldığı halda, bütün debatlarda onu təhqir edən Araz Əlizadə bu rayondan 936 səs alıb. Hafiz Hacıyevin təhqirləri isə nə az-nə çox, düz 608 cəlilabadlının “ürəyinə su səpib”.

Cəmil Həsənlinin doğulduğu Alar kəndində isə Cəmil Həsənliyə cəmi 261 həmkəndlisi səs verib. İlham Əliyev isə Aların 3 məntəqəsindən 2487 səs toplayıb. Professor Cəmil Həsənlinin həmkəndlilərindən 41 nəfər Araz Əlizadəyə, 65 nəfər Zahid Oruca, 41 nəfər isə İqbal Ağazadəyə səs verib. Qüdrət Həsənquliyev isə doğulduğu kənddən – Əbrəqunusdan cəmi 63 səs, Cəmil Həsənlinin kəndindən 67 səs alıb.

Mənbə: Mir.Az
Şərh Yaz

Xəbər haqqında fikirlərinizi yazın

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
Gözləyin...