ATƏT sədri Azərbaycan seçkilərindən danışdı

ATƏT sədri Azərbaycan seçkilərindən danışdı

Bu gün ATƏT- in fəaliyyətdə olan sədri, Ukraynanın xarici işlər naziri Leonid Kojara azərbaycanda keçirilən prezident seçkiləri ilə bağlı bəyanat verib. ANS PRESS Ukrayna Xarici İşlər Nazirliyinin saytında yayılmış bəyanatdan bir hissə dərc edir:

"Oktyabrın 9-da azərbaycan xalqı öz prezidentini seçmək üçün seçki məntəqələrinə getdi. Mən azərbaycanda keçirilən prezident seçkilərinin ATƏT, Avropa Şurası, Avropa Birliyi, MDB və s nüfuzlu beynəlxalq təşkilatların müşahidə missiyaları, həmçinin ATƏT-ə üzv dövlətlərin milli nümayəndələri tərəfindən izlənilməsini alqışlayıram. ATƏT-in qısamüddətli seçki müşahidə missiyasına ATƏT-in Ukrayna sədri tərəfindən təyin olunan xüsusi kordinator Mişel Vuazen rəhbərlik edib”.

Daha Kojara vurğulayıb: “Mən həm Avropa Şurasının və Avropa parlamentinin seçkilərlə bağlı birgə bəyanatı, həm də digər beynəlxalq təşkilatların seçkilərlə bağlı ilkin bəyanatları ilə tanış olmuşam. Beynəlxalq müşahidəçilərin bu bəyanatlarında belə qənaətə gəlinib ki, azərbaycanda keçirilmiş prezident seçkilərində ATƏT və Avropa Şurasının standartları çərçivəsində öhdəliklərə uyğunlaşmanın bir sıra aspektləri üzrə, həmçinin demokratik seçkilərin keçirilməsinini başqa beynəlxalq standartları üzrə tərəqqi nümayiş olunub. Eyni zamanda gələcək yaxşılaşdırılmasına ehtiyacı olan sahələr də qeyd olunub”.

Mənbə: Mir.Az
Şərh Yaz

Xəbər haqqında fikirlərinizi yazın

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
Gözləyin...