“Ermənistan əraziləri qaytarmasa...” – Qarabağla bağlı Rusiyanın SON QƏRARI

“Ermənistan əraziləri qaytarmasa...” – Qarabağla bağlı Rusiyanın SON QƏRARI

“Rusiya Qarabağla bağlı məsələdə yenidən “Lavrov planı”nı işə sala bilər”.



Mir.Az xəbər verir ki, bu barədə erməni politoloq David Şahnazaryan deyib.

Onun sözlərinə görə, Sankt-Peterburq görüşündən öncə Rusiyanın Azərbaycanla hərbi əməkdaşlığına dair iki mühüm informasiya yayılıb: “Birincisi, Rusiya “TOS-2” xüsusi hücum silahının ikinci partiyasını çatdırmağa başladı. Azərbaycan artıq belə sistemlərə və daha güclü silahlara sahibdir. İkincisi isə görüşdən 3-4 gün öncə Rusiyanın T-90 tanklarının Azərbaycana çatdırdığına dairdir. Hansı ki, bu tanklar Ermənistanda yoxdur. Bütün bunlar rəsmi məlumatlardır. Bunun fonunda Rusiya Ermənistanla imzaladığı 200 milyon kredit sazişinə əməl etmir. Məndə olan dəqiq məlumata görə, bu ilin sonuna qədər də Ermənistana silahlar verilməyəcək”.

Erməni politoloq bildirib ki, Rusiya artıq Qarabağla bağlı qərarını verib və bu, Ermənistanın xeyrinə deyil.

“Sankt-Peterburq görüşündə ATƏT-in olmaması isə görünməməiş hadisə idi. Görünür, məsələ həll olunub və Qərb də Rusiya ilə razılaşıb. Əgər Sankt-Peterburqda masaya yatırılan plan işləməsə belə, o zaman Rusiya “Lavrov planı”nı önə çıxaracaq. Nəticə etibarilə, bu planlar Ermənistanın əraziləri təhvil verməsini nəzərdə tutur”, - deyə o qeyd edib.

Mənbə: publika.az

Şərhlər 1

  1. REALLIQ
    REALLIQ - 23 iyun 2016 21:12
    Qoyun bawimizin altina yastiqdan qoyun sicin agzimiza
Şərh Yaz

Xəbər haqqında fikirlərinizi yazın

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
Gözləyin...