Rəsul Quliyev Milli Şuranı tərk edir

Rəsul Quliyev Milli Şuranı tərk edir

Açıq Cəmiyyət Partiyasının (ACP) lideri Rəsul Quliyev Milli Şuradan gedir.

ANS PRESS-in Virtualaz.org-a istinadən verdiyi məlumata görə, eks-spiker Rəsul Quliyevin Partiyası sabah Milli Şuradan çıxacaq. Bu barədə məlumat verən mənbə bildirib ki, partiya artıq öz qərarını verib.

Mənbə qeyd edib ki, ACP Milli Şuradan getməklə bağlı qərarının avqustun 26-da açıqlayacaq. Rəsul Quliyevin partiyası Milli Şuranı tərk etdikdən sonra prezident seçkilərində iştirakla bağlı boykot qərarını verəcək.

Qeyd edək ki, Milli Şuranın avqustun 23-də keçirilən sessiyasında qurumun prezidentliyə ikinci (ehtiyat) namizədi olaraq Cəmil Həsənli seçilmişdi. Sessiyada iştirak edən ACP sədri Sülhəddin Əkbər bu qərarla razılaşmadıqlarını və C.Həsənlinin namizədliyinə səs verməyəcəklərini bildirmişdi.

Rəsul Quliyev də Cəmil Həsənlinin namizədliyini qəbul etməyərək bu seçimin uğursuz olduğunu bildirib.

Mənbə: Mir.Az
Şərh Yaz

Xəbər haqqında fikirlərinizi yazın

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
Gözləyin...