Azərbaycan Müdafiə Nazirliyi Ermənistan tərəfinin əsirləri dəyişmək təklifinə münasibət bildirib

Azərbaycan Müdafiə Nazirliyi Ermənistan tərəfinin əsirləri dəyişmək təklifinə münasibət bildirib

Azərbaycan Müdafiə Nazirliyi Ermənistan Müdafiə Nazirliyinin azərbaycanlı əsir Firuz Fərəcovu erməni əsir Akop İnciqulyanla dəyişməyə hazır olmasına münasibət bildirib.
Wsemir.com xəbər verir ki, nazirliyin mətbuat xidmətinin rəisi Eldar Sabiroğlu APA-nın sorğuna cavabında bildirib ki, Ermənistanın Müdafiə Nazirliyinin müraciəti barədə məlumatlıdırlar:
“Firuz Fərəcov bir ildən çoxdur əsirlikdədir və erməni mətbuatının ondan dəfələrlə götürdüyü müsahibəyə əsaslanaraq deyə bilərik ki, həmişə də təlimata uyğun olaraq üçüncü ölkəyə getmək arzusunda olduğunu bildirib. İndi nə dəyişdi ki, birdən birə belə fikrə düşdü? Burada dərk edilməsi çətin olan bir şey yoxdur.
Ermənistan Müdafiə Nazirliyinin belə açıqlama ilə çıxış etməsi əlbəttə ki, erməni hərbiçisi Akop İnciqulyanın Azərbaycan tərəfinə əsir düşməsi ilə bağlıdır. Bununla əlaqədar mən hər hansı qəti mövqe bildirmək istəməzdim. Ona görə ki, belə məsələlərlə Azərbaycanda digər müvafiq səlahiyyətli qurum məşğul olur”.
Wsemir.com

Mənbə: Mir.Az
Şərh Yaz

Xəbər haqqında fikirlərinizi yazın

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
Gözləyin...