İsrail İrana qarşı tədbirlər görməyə çağırıb

İsrail İrana qarşı tədbirlər görməyə çağırıb

İsrailin baş naziri Binyamin Netanyahu dünya ölkələrini ballistik raketlərin sınaqdan keçirdiyinə görə İrana qarşı “dərhal cərimə tədbirləri” tətbiq etməyə çağırıb.



Bu barədə Mir.Az “Röyters”ə istinadən xəbər verir. Qeyd edək ki, İran 8-9 mart tarixlərində öz istehsalı olan ballistik raketlərini uğurla sınaqdan keçirib.

“İran raketləri buraxmaqla növbəti dəfə kobud pozuntuya yol verdikdən sonra dünya derjavaları ona qarşı dərhal cərimə tədbirləri tətbiq etməyə borcludurlar”, - deyə Netanyahu bildirib.

İran XİN nümayəndəsi bildirib ki, raket buraxılışı İranın üzərinə götürdüyü öhdəliklərə və “altılıq”la əldə olunmuş nüvə sazişinə zidd deyil.

Qeyd edək ki, ABŞ İranın raket buraxılışı ilə əlaqədar noyabrın 14-də BMT TŞ-nın təcili iclasını çağırıb.

Mənbə: apa
Şərh Yaz

Xəbər haqqında fikirlərinizi yazın

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
Gözləyin...