Dövlət Neft Fondu 22 ton qızıl alıb

Dövlət Neft Fondu 22 ton qızıl alıb

Dövlət Neft Fondu (DNF) yanvar-iyun ayları ərzində Neft Fondunun büdcə gəlirləri 6 726,4 milyon manat, büdcə xərcləri isə 5 791,2 milyon manat təşkil edib. ANS PRESS DNF-ə istinadən xəbər veriri ki, ilk altı ayı ərzində neft və qaz sazişlərinin həyata keçirilməsilə bağlı gəlirləri 6 488,7 milyon manat, o cümlədən mənfəət neftinin və qazın satışından 6 482,8 milyon manat, akrhesabı ödənişlər 1,7 milyon manat, tranzit gəlirləri 3,9 milyon manat, bonus ödənişləri 0,3 milyon manat, xarici sərmayəçilər tərəfindən təhvil verilmiş aktivlərdən 0,04 milyon manat təşkil edib.

2013-cü ilin yanvar-iyun ayları ərzində Neft Fondunun vəsaitlərinin idarə olunmasından əldə olunan gəlirlər 237,7 milyon manata bərabər olub. Hesabat dövrü ərzində Neft Fondunun 2013-cü il büdcəsinin icrası çərçivəsində 5 534,6 milyon manat vəsait dövlət büdcəsinə transfert edilib.

Qaçqın və məcburi köçkün ailələrinin məskunlaşdırılması və sosial-məişət vəziyyətinin yaxşılaşdırılması üzrə tədbirlərin həyata keçirilməsinə 157,5 milyon manat, Samur-Abşeron suvarma sisteminin yenidən qurulmasına 74,0 milyon manat vəsait ayrılıb. “Bakı-Tbilisi-Qars yeni dəmir yolu” layihəsinin maliyyələşdirilməsinə Neft Fondundan 2,9 milyon manat vəsait ayrılıb. 6,3 milyon manat vəsait “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı”nın maliyyələşdirilməsinə yönəldilıb.

2013-cü ilin ilk altı ayı ərzində Neft Fondunun idarə edilməsi ilə bağlı xərcləri 15,9 milyon manat təşkil edib. Valyuta məzənnələrinin dəyişməsindən yaranan fərq ilə bağlı Fondun büdcədənkənar xərci 521,6 milyon manat təşkil edib. 2013-cü il iyulun 1-ə Fondun aktivləri 2013-cü ilin əvvəlinə (34 129,4 milyon ABŞ dolları) nisbətən 1,6% artaraq 34 678,4 milyon ABŞ dollarına bərabər olub.

2012-ci ildən etibarən Neft Fondu qızılın alınmasına başlamışdır və 1 iyul 2013-cü il tarixinə Fond tərəfindən alınan qızılın miqdarı 22 ton 399 kq (720 146 troya unsiyası) təşkil edib.

Mənbə: Mir.Az
Şərh Yaz

Xəbər haqqında fikirlərinizi yazın

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
Gözləyin...