Sumqayıta yeni gələn icra başçısı ilk qadağasını qoydu

Sumqayıta yeni gələn icra başçısı ilk qadağasını qoydu


Sumqayıtın yeni icra başçısı Zakir Fərəcov şəhər ərazisində tikintinin dayandırılması ilə bağlı göstəriş verib.

Bu barədə Sumqayıt sakinləri məlumat verib. Bildirilib ki, şəhər ərazisində aparılan bütün tikinti işləri dayandırılıb.
Sakinlərin dediyinə görə, bu barədə obyekt sahiblərinə icra hakimiyyətinin rəsmiləri tapşırıq verib. "Yeni icra başçısı şəhər ərazisində tikintinin dayandırılması ilə bağlı göstəriş verib. Xırda tikilidən tutmuş böyük tikililərə kimi bütün obyektlərdə iş dayandırılıb. Səbəbi hələlik açıqlanmır. Ancaq onu bildirdilər ki, Zakir Fərəcovun göstərişidir”. Sakinlərin verdiyi məlumata görə, Zakir Fərəcov fəaliyyətə başladıqdan sonra ilk işi "Bayraq Meydanı”nın qarşısındakı yolun yenidən açılması olub. Keçmiş icra başçısı Eldar Əzizovun zamanında bağlı olan yolun Zakir Fərəcov tərəfindən açılması şəhər sakinləri üçün gözlənilməz olub.

Mənbə: azvision
Şərh Yaz

Xəbər haqqında fikirlərinizi yazın

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
Gözləyin...