İlham Əliyev dəyişiklik etdi

İlham Əliyev dəyişiklik etdiPrezident İlham Əliyev “azərbaycan Respublikası Vergilər Nazirliyi kollegiyasının tərkibinin təsdiq edilməsi haqqında” azərbaycan Respublikası Prezidentinin 2001-ci il 29 mart tarixli 665 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə Sərəncam imzalayıb.

Mir.Az-ın ANS PRESS-ə istinadən verdiyi məlumata görə, Prezident azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıb ki, “azərbaycan Respublikası Vergilər Nazirliyi kollegiyasının tərkibinin təsdiq edilməsi haqqında” 1-ci hissəsi aşağıdakı redaksiyada verilsin:

“1. azərbaycan Respublikasının Vergilər Nazirliyi kollegiyasının aşağıdakı tərkibi təsdiq edilsin:
Kollegiyanın sədri
azərbaycan Respublikasının vergilər naziri.

Kollegiyanın üzvləri:
azərbaycan Respublikası vergilər nazirinin birinci müavini
azərbaycan Respublikası vergilər nazirinin müavinləri
Naxçıvan Muxtar Respublikasının vergilər naziri
azərbaycan Respublikasının Vergilər Nazirliyi Aparatının rəhbəri
azərbaycan Respublikası Vergilər Nazirliyinin Vergi siyasəti və strateji araşdırmalar baş idarəsinin rəisi
azərbaycan Respublikası Vergilər Nazirliyinin İqtisadi təhlil və sahibkarlıq subyektlərinin dövlət qeydiyyatı baş idarəsinin rəisi
azərbaycan Respublikası Vergilər Nazirliyinin Vergi auditi baş idarəsinin rəisi
azərbaycan Respublikası Vergilər Nazirliyinin Daxili təhlükəsizlik baş idarəsinin rəisi
azərbaycan Respublikası Vergilər Nazirliyinin Hüquq baş idarəsinin rəisi
azərbaycan Respublikasının Vergilər Nazirliyi yanında Xüsusi Rejimli Vergi Xidməti Departamentinin rəisi
azərbaycan Respublikasının Vergilər Nazirliyi yanında Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamentinin rəisi
azərbaycan Respublikasının Vergilər Nazirliyi yanında Bakı Vergilər Departamentinin rəisi.”.

Mənbə: Mir.Az
Şərh Yaz

Xəbər haqqında fikirlərinizi yazın

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
Gözləyin...