Elmar Məmmədyarov Ermənistanın xarici işlər naziri ilə görüşüb

Elmar Məmmədyarov Ermənistanın xarici işlər naziri ilə görüşüb Elmar Məmmədyarov Ermənistanın xarici işlər naziri ilə görüşüb
Ermənistan – azərbaycan münaqişəsinin həlli ilə bağlı məzmunlu, konkret və intensiv müzakirələr aparılıb.

azərbaycan Respublikasının Xarici İşlər Naziri Elmar Məmmədyarov 23 - 24 yanvar tarixlərində Parisdə, Kiyev görüşünün davamı olaraq, ATƏT-in Minsk Qrupunun həmsədrləri və Ermənistan Xİn-i Edvard Nalbandyan ilə ayrı-ayrılıqda görüşlər keçirib.

Danışıqlar zamanı Ermənistan – azərbaycan münaqişəsinin həlli ilə bağlı məzmunlu, konkret və intensiv müzakirələr aparılıb.

azərbaycanın mövqeyini konkret şəkildə vurğulayan Nazir Elmar Məmmədyarov bildirib ki, Ermənistanın silahlı qüvvələri nə qədər tez azərbaycanın işğal edilmiş ərazilərindən çıxarılarsa, bir o qədər qısa müddət ərzində də münaqişənin beynəlxalq hüquq çərçivəsində həllinə nail olmaq olar.

Bir sıra məzmunlu məsələlər üzrə həmsədrlərlə müzakirələrin davam etdirilməsi barəsində razılıq əldə olunub.

azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin bərpası azərbaycan ilə Ermənistan arasında aparılan danışıqların əsasını təşkil edir.

Mənbə: Mir.Az

Şərhlər 1

  1. Türk
    Türk - 5 mart 2017 19:18
    Azərbaycan adı böyuk hərflə yazılır bi savad
Şərh Yaz

Xəbər haqqında fikirlərinizi yazın

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
Gözləyin...