İsrail yeni raket sistemini test etdi

İsrail yeni raket sistemini test etdi

Israil orta mənzilli hücum raketlərinə qarşı "Arrow 3" raket müdafiə etmə sistemini ikinci dəfə test etdiyini açıqlayıb. ANS PRESS-in xarici mətbuata istinadən verdiyi məlumata görə, yeni sistem ABŞ ilə birgə hazırlanıb.

İsrail baş nazirlik mətbuat xidmətindən bildirilən yazılı şərhdə, İsrailin ABŞ Mərmi Müdafiə Agentliyi ilə birgə hazırlanan "Arrow 3"ün ikinci sınağının da müvəffəqiyyətli olduğu açıqlanıb.
İkinci sınaq testinin Aralıq dənizi üzərində edildiyi və yerdən atılan mərminin planlandığı kimi uğurla lazımı hədəfə çatdığı vurğulanıb.

İsrail baş naziri Binyamin Netanyahu ABŞ hökumətinə bu yeni raket sisteminin hazırlanmasına göstərdiyi köməyə görə təşəkkürünü bildirib. Netanyahu bu bölgədə özlərini qorumağa ehtiyac duyduqlarını deyib:
"İranda çox pis rejim var. Bu hökümətin vəkalət verdiyi terroristlər bizə periodik olaraq mərmi atır. "Arrow 3" bunun üçün bizə lazımdır".

Mənbə: Mir.Az
Şərh Yaz

Xəbər haqqında fikirlərinizi yazın

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
Gözləyin...