facebook connect Daxil ol
Sayta Daxil ol

Zob xəstəliyi təhdid olmağa davam edir

12-09-2013, 09:22
Baxış: 6501
Şərhlər: 0
Çap et
Zob xəstəliyi təhdid olmağa davam edir

Son zamanlar insanlar arasında geniş yayılan, el arasında “zob” adı ilə tanınan xəstəlikdən bir çoxumuzun xəbəri var. Boğazın bəzi hissələrində meydana gələn və müxtəlif ölçülərlə müşayiət olunan düyünlərin əmələ gəlməsinin əsas səbəbi, qəbul edilən qida və suda yodun azlığı ilə əlaqədar olur. Çünkü yod çatışmazlığı zamanı lazımi miqdarda tireoid hormonları hasil olunmur və orqanizimdə həmin hormonları təmin etmək üçün əlavə yoda ehtiyac yaranır.

“Bu zaman xəstələrdə ürək döyünmələri, əsəbilik, hərarət basma, əsəbilik, saç tökülməsi, dırnaq tökülməsi, hər şeyə qıcıq olma, çox qida qəbul edilməsinə baxmayaraq get-gedə arıqlamalar baş verir. Bu zaman hormonlar araşdırılır və əgər treoid vəzinin hiper funksiyası normadan artıq fəaliyyəti normadan artıq baş versə, bu zaman buna müalicə və əgər düyün varsa cərrahiyə əməliyyatı və ya bobsiya məsləhət görülür” – deyə Endokrinoloq Səbinə Cəfərova bildirir.

Həkimlər bu xəstəliyin, müəyyən ərazidən və insandan aslı olaraq, özünü müxtəlif formada biruzə verdiyini deyir. Qalxanvari vəzin kistası həm anadangəlmə, həm də qazanılmış ola bilər. Bu vəzin böyüməsi, onda əmələ gələn kistalar, yəni içi maye ilə dolu kiçik qabarcıqlar, adətən heç bir narahatlığa səbəb olmur, lakin kistanın irinlənməsi hərarət və boğazın ön səthində ağrılara səbəb olur. Bu da zaman keçdikcə, bəd xassəli şişə çevrilmə ehtimalını artırır.

“İnsanlar arasında belə bir psixologiya var ki, əgər düyün varsa kəsək götürək. Bu tamamilə yalnış fikirdi, heç məsləhət görmürük. Düyünlərin əksəriyyəti – 80-85 faizi xoş xassəli olur, düyünlərin aparılması, araşdırılması müəyyən qaydalarla müəyyən olur. Mütləq biobsiya və biobsiyada gələn bəd xassəli düyün əməliyyat oluna bilər. Xoş xassəli düyün 4 santimi keçəndə əməliyyat məsləhət görürük. O müddətlər ərzində qanda da dəyişiklik yoxdursa, o şişlər nəzarətdə saxlanılır” – deyə Səbinə Cəfərova əlavə edir.

Ur xəstəliyi, kişilərə nisbətən qadınlarda 3-4 dəfə daha çox rast gəlinir. Bu da qadın orqanizminin cinsi yetkinləşmə, hamiləlik və uşaq əmizdirmə dövründə qalxanvari vəzin hormonlarına daha yüksək tələbatı ilə əlaqədardır.Organizmə daxil olan toksiki maddələr, tərkibində yod olan məhsullardan kifayət qədər istifadə olunmaması, irsiyyət amili qalxanvari vəzin fəalığını azaldır. Xəstəliyin ilk əlamətini hiss etdikdə həkimə müraciət etsəniz, tərkibi yodlaşdırılmış olan məhsullardan istifadə etsəniz bu bəladan yaxa qurtarmış olarsız. / WseMir.CoM
Məqalə Reytingi:
  
Hörmətli ziyarətçi, Siz qeydiyyatdan keçməmiş istifadəçi kimi saytın bütün imkanlarından yararlana bilmirsiniz. Qeydiyyatdan keçərək saytın bütün imkanlarından yararlana bilərsiniz. Gün ərzində baş vermiş ən önəmli hadisəıər qeydiyyatdan keçmiş istifadəçilərim E-MAİL adreslərinə göndərilir. Qeydiyatdan keçmək üçün Saytın yuxarı sağ küncündə Facebook buttonuna daxil olaraq öz facebbok hesabınızla bir neçə saniyyəyə saytın tam hüquqlu istifadəçisi olacaqsınız
Xəbər haqqında şərh yaz
Sizin adınız: *
E-mail: adresiniz *
Qalın mətn Maili mətn Vurğulanmış mətn Silinmiş mətn | Sol kənar üzrə düzləşdir Mərkəz üzrə düzləşdir Sağ kənar üzrə düzləşdir | Təbəssümlərin əlavə edilməsi Şəkil Rəngin seçimi | Gizli mətn Sitatın əlavə edilməsi Seçilmiş mətni kiril əlifbası transliterasiya ilə dəyişdir Spoylerin yerləşdirməsi