Polislərə sosial şəbəkədən istifadə qadağa edildi

Polislərə sosial şəbəkədən istifadə qadağa edildi
Moskva polisinin messencer, elektron poçt, yerli və xarici sosial şəbəkələrindən istifadə etməsinə qadağa qoyulub.

Mir.Az bildirir ki, söhbət "Telegram", "Instagram", "Twitter", "Facebook", "Viber", "WhatsApp", "Slype", "VKontakte" və "Odnoklassniki" kimi saytlara girişə qoyulan qadağadan gedir. Bundan başqa, işlə bağlı məlumatların "Gmail.com", "Mail.Ru" və "Rambler.Ru" kimi elektron ünvanlardan göndərilməsi də qadağan edilib.

"Foto, video və audioyazı etmək imkanına malik, həmçinin şəxsi işlə bağlı və təyinatı olmayan digər məlumatları ötürə biləcək şəxsi telefonların və cihazların istifadəsi qadağan olunur", - deyə əmrdə deyilir.

Beləliklə, Moskva polisinin əməkdaşları bundan sonra yalnız Rusiya DİN-in rəsmi elektron ünvanlarından istifadə edə biləcəklər.

Mənbə: Mir.Az
Şərh Yaz

Xəbər haqqında fikirlərinizi yazın

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
Gözləyin...