Bakıda meyiti tapılan məktəblinin atası danışdı - Toğrulun müəmalı ölümü

Bakıda meyiti tapılan məktəblinin atası danışdı - Toğrulun müəmalı ölümü

Bakıda meyiti tapılan məktəblinin hansı şəraitdə öldüyü hələ də məlum deyil.



Martın 15-də Qızıldaş qəsəbəsində naməlum şəraitdə itkin düşən və bir neçə saat sonra meyiti yaşadığı evdən 250-300 metr aralıdakı sahədən tapılan 2004-cü il təvəllüdlü Sultanov Toğrul Zaur oğlunun niyə öldüyü, hansı səbəbdən evi tərk etdiyi hələlik üzə çıxmayıb.

Orta məktəb şagirdi olan və 13 yaşı apreldə tamam olacaq Toğrulun atası Zaur Sultanov bildirib ki, onların heç kimlə düşmənçiliyi olmayıb: "Hadisə vaxtı anası evdə olmayıb. Qardaşı dərsdən gələndən sonra təxminən saat 2 radələrində görüb Toğrul evdə yoxdu. Hamı axtarmağa başlayıb”.

Z.Sultanov əlavə edib ki, oğlunun meyitini evin yaxınlığındakı palçıqlıq ərazidən tapıblar: "Deyirlər ki, guya boğulub. Necə ola bilər ki, boyu 1,6-1,7 metr olan şəxs palçıqlıq bir yerdə boğulsun”.

Faktla bağlı Qaradağ rayon Prokurorluğunda araşdırma aparılır.

Mənbə: azxeber.com
Şərh Yaz

Xəbər haqqında fikirlərinizi yazın

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
Gözləyin...