Bakıda rəsm müəllimi şagirdlərinə təcavüz etdi - CİNAYƏT İŞİ

Bakıda rəsm müəllimi şagirdlərinə təcavüz etdi - CİNAYƏT İŞİ

Zorlamada təqsirli bilinən Naxçıvan Muxtar Respublikasının Culfa rayon sakini, 1954-cü il təvəllüdlü Abbas Məmmədovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.



Abbas Məmmədov Xətai rayonu, Xudu Məmmədov küçəsində yerləşən Rəssamlıq Hazırlıq Kursunda rəsm müəllimi işləyib. O, yanına rəsm çəkməyi öyrənməyə gələn 2005-ci il təvəllüdlü Nərgiz Məmmədova (ad və soyad şərti verilib) ilə cinsi əlaqədə olub.

Abbas Məmmədov 2014-cü ilin noyabr ayının əvvəllərindən dekabr ayının 14-nə kimi olan müddət ərzində Nərgiz Məmmədova ilə ayrı-ayrı vaxtlarda 7-8 dəfə cinsi əlaqəyə girib.

Növbəti dəfə o, Nərgiz Məmmədovanı hazırlıq kursunun emalatxana otağına aparıb. Orada 11 yaşlı qızı zorla soyunduran müəllim onunla cinsi əlaqədə olub, azyaşlı qıza qarşı seksual xarakterli hərəkətlər edib.

Bundan başqa, Abbas Məmmədov Rəssamlıq Hazırlıq Kursunda 20 iyun 2015-ci il tarixdən 29 iyun 2015-ci il tarixə qədər olan müddət ərzində ayrı-ayrı vaxtlarda ümumilikdə, 6 dəfə 2004-cü il təvəllüdlü Sahibə Əliyeva ilə (ad və soyad şərti verilib) cinsi əlaqədə olub. O, ilk dəfə hazırlıq kursuna gələn Sahibə ilə iyunun 20-də cinsi əlaqədə olub.

Abbas Məmmədov həmin gün Sahibəni hazırlıq kursunun emalatxana otağına dəvət edib. Orada Sahibənin köməksiz vəziyyətindən istifadə edərək, onu öldürəcəyi ilə hədələyib.

O, azyaşlı qızın saçından tutaraq dartıb və sağlamlığa zərər vurmayan bədən xəsarəti yetirib. Sonra qıza qarşı seksual xarakterli hərəkətlər edib və daha sonra qeyri-təbii yolla onunla cinsi əlaqəyə girib. Sonuncu dəfə o, Sahibə ilə iyunun 29-da cinsi əlaqədə olub. O, azyaşlı qıza hədə-qorxu gələrək, etdiyi hərəkətlər barədə heç kimə deməməsini tapşırıb.

Lakin həmin gün Sahibə başına gələn hadisəni valideynlərinə danışıb. Bundan sonra Sahibənin valideynləri polisə şikayət edib. Şikayət əsasında Abbas Məmmədov həbs edilib və onun hər iki cinayətinin üstü açılıb.

Abbas Məmmədov Cinayət Məcəlləsinin 150.3.3-cü (təqsirkar şəxs üçün aşkar surətdə on dörd yaşına çatmayan şəxs barəsində seksual xarakterli hərəkətlər etmək) maddəsi ilə ittiham edilib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Abbas Məmmədov 12 il müddətinə azadlıqdan məhrum edilib.

Mənbə: reportyor.tv

Şərhlər 1

  1. Rauf
    Rauf - 10 yanvar 2017 11:42
    Mən bu şərəfsizə verilən cəzanın müddətinin az olduğunu düşünürəm və artırılmasını tələb edirəm.O qızcığazlar hamımızın övladlarıdır.İci hakimlər qarışıq.
Şərh Yaz

Xəbər haqqında fikirlərinizi yazın

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
Gözləyin...