"Lotu Qoca" öldürüldü

"Lotu Qoca" öldürüldü

Rusiyanın məşhur «Прайм Крайм» agentliyi xəbər verir ki, hadisə bu gün baş verib. Qoca Bakinski kimi tanınan “qanuni oğru”nun Ded Xasanın klanı və Rövşən Lənkəranskinin tərəfdarları arasındakı mübarizənin qurbanı olduğu bildirilir.

Məlumata görə, 3 güllə yarası olan Əlibala Həmidov yerindəcə keçinib. Ancaq hələlik hüquq-mühafizə orqanları məsələ ilə bağlı açıqlama verməyib.

Agentliyin xəbərinə görə, bir neçə gün əvvəl İstanbulda Ded Xasan tərafdarları “sxodka” keçirərək bir neçə nəfəri “taclandırması” R.Lənkəransi tərəfdarlarını qəzəbləndirib.

“Taclandırılanlar” arasında hazırda Bakıda 8 saylı cəzaçəkmə müəssisəsində saxlanılan Lotu Quli ləqəbli Nadir Səlifovun qardaşı Namiq Səlifov da olub. Bu “sxodka”dan sonra R.Lənkəranski özü də daxil olmaqla bir qrup “sxodka”nı keçirən Ded Xasan tərəfdarları ilə əlbəyaxa olub.

Hadisədən bir gün sonra isə R.Lənkəranskinin tərəfdarı kimi tanınan Əlibala Həmidov güllələnib. Əvvəllər Ded Xasan tərəfdarı kimi tanınan Əlibala Həmidov o öldürüldükdən sonra Rövşən Lənkəranskinin tərəfinə keçib. Sonuncu dəfə o, bu ilin iyununda Vaja Biqanişvilin təşəbbüsü ilə keçirilən “sxodka”da iştirak edib.

Bundan sonra isə İstanbulda R.Lənkəranski və Ded Xasan klanı arasında
münasibətlərin gərginləşməsi fonunda ilk qurban kimi seçilib.

Mənbə: Mir.Az
Şərh Yaz

Xəbər haqqında fikirlərinizi yazın

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
Gözləyin...