"Dadaş Novxaninski" əfsanəsi də bitdi - "Qanuni oğru" kim idi?

"Dadaş Novxaninski" əfsanəsi də bitdi - "Qanuni oğru" kim idi?
"Qanuni oğru", kriminal aləmdə "Dadaş Bakinski" kimi tanınan Dadaş İbrahimovun ölməsi barədə xəbərlər təsdiqlənib.

Mir.Az bildirir ki, D.İbrahimov Ukraynada xəstəxanada vəfat edib. Hazırda D.İbrahimovun dayısı da Ukraynadadır və "qanuni oğru"nun Bakıya gətirilməsi ilə bağlı sənədləşmələri həll edir. Avtoritetin cənazəsi Bakıya gətiriləcək və doğulduğu Novxanı kəndində dəfn olunacaq.

"Dadaş Bakinski" martın 13-də həbsxanadan buraxılmışdı. Daha çox "Dadaş Novxaninskiy" ləqəbi ilə tanınan Dadaş İbrahimov "qanuni oğru" adını 2000-ci ildə, 27 yaşında alıb. O ilk məhkumluğunu 2002-ci ildə yaşayıb. Dadaş İbrahimov xuliqanlığq maddəsi ilə 1,5 il azadlıqdan məhrum edib. 2011-ci ilin iyununda D.İbrahimov Peterburqa getmək istəyərkən narkotik maddə ilə saxlanılmışdı. Moskvanın Meşanski Rayon Məhkəməsinin hökmü ilə 4 il müddətinə azadlıqdan məhrum edilmişdi. 2015-ci ildə onun məhkumluğu daha 11 ay artırılmışdı. Buna səbəb kimi isə onun Krasnayarskda cəza çəkdiyi 17 saylı kolonun əməkdaşına rüşvət təklif etməsi olub. Bildirilirdi ki, "qanuni oğru" cəzaçəkmə müəssisəsinə telefon keçirmək üçün türmə əməkdaşına rüşvət olaraq öz saatını təklif edib.

2015-ci ilin yanvarında "Dadaş Bakinski"nin Rusiya Federasiyası ərazisində qalmasının arzuledilməz sayılması barədə Ədliyyə Nazirliyi tərəfindən qərar verilib. Cəzasını bitirib azadlığa çıxan "qanuni oğru" Rusiya DİN əməkdaşlarının nəzarəti altında Moskvanın "Domodedovo" aeroportundan Azərbaycana deportasiya edilib. Onun Ukraynaya niyə getməsi barədə müxtəlif iddialar var. Amma əsas səbəb "qanuni oğru"nun "sxodka"ya çağırılması barədədir. İddia olunur ki, "Dadaş Bakinski"nin iştirakı ilə "sxodka" keçirilib. Primecrime saytı xəbər verir ki, "qanuni oğru" Bakıdan İstanbula gedib. İstanbuldakı bir kafedə keçirilən "sxodka"da o, "Rövşən Lənkəranski"nin imzası olan "praqonu"(məktub-müraciət) niyə tanımadığını izah edə bilməyib. Məlumata görə, Dadaş İbrahimov "Lənkəranski"nin Sumqayıtda "smotryayuşi" olan adamı haqsız yerə cəzalandırdığı üçün "sxodka"ya çağırılıbmış.

"Sxodka"da "Bakinski" Levan Abuladzeni "Butirka" da ("Levan Suxumski") döyülmə səbəbini əsaslandıra bilməyib. Bu səbəbdən onun titulu əlindən alınıb. Bunu həzm edə bilməyən "Dadaş Bakinski" Kiyevə gedib və "Borispol" hava limanında əvvəl polisə, sonra isə özünə xəsarət yetirib. Bir neçə gün idi ki, D.İbrahimov Birospol xəstəxanasında ölümlə çarpışırdı. Yada salaq ki, D.İbrahimov "Lənkəranski"nin düşməni kimi bilinən 2013-cü ildə öldürülən Aslan Usoyana ("Ded Xasan") loyal mövqeyi ilə tanınırdı.

O və "Ded Xasan"a yaxın digər oğrular (onların bir neçəsi artıq həyatda yoxdur) bir neçə il əvvəl hazırda 8 saylı cəzaçəkmə müəssisəsində təkadamlıq kamerada saxlanılan Nadir Səlifovun("Lotu Quli") "qanuni oğru" adının geri qaytarılması ilə bağlı Usoyanın "praqon"una imza da atmışdı.

Mənbəmiz onu da deyib ki, "Dadaş Bakinski" "qanuni oğru" Rövşən Canıyevlə ("Lənkəranski") yaranmış problemini qismən yoluna qoyubmuş. Belə ki, "Lənkəranski" onu Bakının ən tanınmış avtoritetlərindən biri olan mərhum atası Hikmət İbrahimova hörmət əlaməti olaraq toxunmayıb. Qeyd edək ki, Hikmət İbrahimov dövrünün ən nüfuzlu avtoritetlərindən olub. O, 1937-ci ildə anadan olub, 2004-cü ildə vəfat edib. "Dadaş Bakinski" yeganə övladına da atasının adını verib.

Mənbə: musavat.com
Şərh Yaz

Xəbər haqqında fikirlərinizi yazın

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
Gözləyin...