Göyçaydakı qətli qadın törətməyibmiş - Əsl qatil tapıldı

Göyçaydakı qətli qadın törətməyibmiş - Əsl qatil tapıldı

Göyçay rayonunda törədilən qətlin təfərrüatları məlum olub.



Trend-in məlumatına görə, hadisə iyunun 18-də rayonun Çərəkə kəndində baş verib. Kənd sakini, 1980-ci il təvəllüdlü Musayev Sadiq Asif oğlunun yaşadığı evdə qətlə yetirilmiş meyiti tapılıb. İlkin olaraq S. Musayevin həyat yoldaşı, 1986-cı il təvəllüdlü Musayeva Arzu Güləhməd qızı hadisə ilə bağlı Göyçay rayon Prokurorluğuna çağırılsa da, ifadəsi alınandan sonra sərbəst buraxılıb. A. Musayevanın ifadəsi əsasında davam etdirilən əməliyyat-istintaq tədbirləri nəticəsində hadisəni törədən şəxsin kimliyi məlum olub. Müəyyən edilib ki, S. Musayevi həmkəndlisi, 1984-cü il təvəllüdlü Xanməmmədov Seymur Gündüz oğlu qətlə yetirib. S. Xanməməmmədov şübhəli şəxs qismində saxlanılaraq istintaqa cəlb edilib.

Məlumata görə, qətl hadisəsi şəxsi münaqişə zəminində baş verib. Belə ki, S. Musayev və S. Xanməmmədov qətldən bir neçə saat əvvəl içki qəbul ediblər. İçkili olan həmkəndlilər arasında mübahisə baş verib və onlar ayrılıblar. Sərxoş vəziyyətdə olan S. Xanməmmədov bir-neçə saat sonra S. Musayevi öldürmək qərarına gəlib və onlara yollanıb. O. S.Musayevi yatdığı yerdə yaxalayıb və qətlə yetirib.

Xatırladaq ki, qətlə yetirilən S. Musayev 4 azyaşlı uşaq atasıdır.

Faktla bağlı Göyçay rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci( qəsdən adam öldürmə) maddəsilə cinayət işi başlanıb.

Mənbə: Azxeber.com
Şərh Yaz

Xəbər haqqında fikirlərinizi yazın

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
Gözləyin...