Bakıda məktəbli qıza görə qanlı hadisə: 2 nəfər güllələndi

Bakıda məktəbli qıza görə qanlı hadisə: 2 nəfər güllələndi

Dünən Bakının Səbail rayonunda 2 nəfərin güllələnməsi hadisəsi ilə bağlı maraqlı faktlar üzə çıxıb.



Hadisə saat 17 radələrində Salyan şossesi 22 ünvanının qarşısında baş verib. Yaralanan şəxslərdən 17 yaşlı Firuddin İsmayılov da məhz həmin ünvanda yaşayır.

Bildirilir ki, hadisə orta məktəbin 11-ci sinif şagirdi olan Firuddin İsmayılovla Soltan Turabov arasındakı münaqişədən sonra baş verib. F.İsmayılov sinif yoldaşı olan Fərqanənin Soltan tərəfindən narahat edildiyini öyrənəndən sonra ona irad bildirib. Tərəflər arasında münaqişə sakitləşdiriləndən sonra isə Soltan Aqil adlı tanışını Firuddinin üstünə yollayıb. Həmin şəxs məktəbli oğlanla dalaşarkən ətrafdakı şəxslər onları aralayıb. Daha sonra Aqil adlı həmin şəxs İbrahim və Elgün adlı daha iki nəfərlə "Hyundai Elantra” markalı avtomobillə Firuddinin yaşadığı evin qarşısına gəlib və küçədə ona tüfənglə atəş açıb. 17 yaşlı F.İsmayılovla qonşusu, 31 yaşlı Ələddin Bağırov güllə yarası alıb. Onların hər ikisi xəstəxanaya aparılıb.

Mənbə: Azxeber.com
Şərh Yaz

Xəbər haqqında fikirlərinizi yazın

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
Gözləyin...