Hacıqabulda yol qəzası: 1 ölü, 7 yaralı - YENİLƏNİB

Hacıqabulda yol qəzası: 1 ölü, 7 yaralı - YENİLƏNİB

10:07

Bakı-Qazax yolunun 122-ci kilometrliyində, Hacıqabul rayonu ərazisindən keçən hissəsində baş verən yol-nəqliyyat hadisəsi nəticəsində 1 nəfər ölüb, 7 nəfər xəsarət alıb.



WSEMIR.COM-un məlumatına görə, səhər saatlarında Qubadlı sakini, 1960-cı il təvəllüdlü İsgəndərov İzzət Atakişi oğlunun idarə etdiyi MAN markalı, 50 ZA 177 dövlət nömrə-nişanlı yük maşını Yevlax sakini, 1986-cı il təvəllüdlü Qafarov Elşad Süleyman oğlunun idarə etdiyi "Mercedes" markalı, 66 BJ 952 dövlət nömrə-nişanlı minik avtomobili ilə toqquşub.

Nəticədə "Mercedes"də olan sərnişin, 1958-ci il təvəllüdlü Hüseynov Sabir İsmayıl oğlu hadisə yerində ölüb, sürücü ağır vəziyyətdə reanimasiya şöbəsinə yerləşdirilib. Digər sərnişinlər - Yevlax sakinləri, 1959-cu il təvəllüdlü Hüseynova Aybəniz Arif qızı, 1960-cı il təvəllüdlü İradə Qocayeva, 1953-cü il təvəllüdlü Məshəti Qocayeva, 1994-cü il təvəllüdlü Haqverdiyeva Ayşən Arzu qızı, 2015-ci il təvəllüdlü Hüseynov Tuncay Ədalət oğlu və Hüseynova Solmaz Ədalət qızı müxtəlif dərəcəli bədən xəsarətlər alaraq, Şirvan Mərkəzi Şəhər Xəstəxanasına çatdırılıblar.
Faktla bağlı araşdırma aparılır.

----------

09:12

Bakı-Qazax yolunun 122-ci kilometrliyində, Hacıqabul rayonu ərazisindən keçən hissəsində ağır yol qəzası baş verib, ölən və yaralananlar var.

WSEMIR.COM xəbər verir ki, "MAN" markalı 50 ZA 177 dövlət nömrə nişanlı ağır tonnajlı yük maşını "Mercedes" markalı 66 BJ 952 dövlət nömrə nişanlı minik avtomobili ilə toqquşub.

Qəza nəticəsində "Mercedes"də olanlardan 1 nəfər hadisə yerində ölüb, 5 nəfər isə müxtəlif xəsarətlərlə Şirvan şəhər xəstəxanasına çatdırılıb.

Faktla əlaqədar araşdırma aparılır.

Mənbə: Milli.az
Şərh Yaz

Xəbər haqqında fikirlərinizi yazın

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
Gözləyin...