İki ağır yol qəzası baş verib - xəsarət alanlar var

İki ağır yol qəzası baş verib - xəsarət alanlar var

Tovuzda iki yol nəqliyyat hadisəsi baş verib.



APA-nın qərb bürosunun verdiyi məlumata görə, bu gün axşam saatlarında rayonun Yuxarı Öysüzlü kəndi ərazisində piyadavurma hadisəsi qeydə alınıb. “VAZ” markallı avtomobil yolu keçmək istəyən 1938-ci il təvəllüdlü Xankişi Məmmədovu vurub. O dərhal Tovuz Mərkəzi rayon xəstəxanasına yerləşdirilib. Kəllə beyin travması və sağ baldırın sınığı xəsarəti alan X. Məmmədovun vəziyyəti ağır qiymətləndirilir.

Başqa bir yol nəqliyyat qəzası isə rayonun İbrahim Hacılı kəndinə gedən yolda qeydə alınıb.

“VAZ 2107” ilə “QAZ 24” markalı avtomobilin toqquşması nəticəsində Şəmkir rayon sakini 1975-ci il təvəllüdlü Südabə Qasımova müxtəlif bədən xəsarətləri alaraq Tovuz Mərkəzi rayon xəstəxanasına yerləşdirilib. Onun vəziyyətinin orta ağır olduğu bildirilir.

Hər iki fakt üzrə Tovuz rayon Polis Şöbəsində araşdırma aparılır.

Mənbə: Mir.Az
Şərh Yaz

Xəbər haqqında fikirlərinizi yazın

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
Gözləyin...