"İçərişəhər"də ürək getdi

"İçərişəhər"də ürək getdi

Bu gün Bakıda metronun "İçərişəhər" stansiyasının qarşısında bir nəfərin ürəyi gedib.

Bu gün saat 17:15 radələrində metronun "İçərişəhər" stansiyasının qarşısında ortayaşlı bir qadının halı pisləşib. Qadına ətrafdakılar kömək etməyə çalışsalar da, onun halı daha da pisləşdiyindən stansiyaya Təcili Tibbi Yardım briqadası çağırılıb.

"Bakı Metropoliteni" QSC-nin mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Nəsimi Paşayev Milli.Az-a bildirib ki, bu gün "İçərişəhər" stansiyasının içində kiminsə halının pisləşməsi faktı qeydə alınmayıb və bunə görə həkim briqadası da çağırılmayıb.

Bakı şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasından isə Milli.Az-a deyiblər ki, hadisə metronun "İçərişəhər" stansiyasının qarşısında baş verib.

Bildirilib ki, 45-50 yaşlarında olan qadına lazımi tibbi yardım göstərildikdən sonra yaxınlarının müşayiəti altında evinə buraxılıb.

Mənbə: Mir.Az
Şərh Yaz

Xəbər haqqında fikirlərinizi yazın

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
Gözləyin...