Azərbaycanda ağır qəza: 4 nəfər xəsarət aldı

Azərbaycanda ağır qəza: 4 nəfər xəsarət aldıZərdabda 4 nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

Mir.Az-ın APA-ya istinadən verdiyi məlumata görə, hadisə bu gün axşam saat 19:30 radələrində Ucar-Zərdab magistral yolunun Zərdab rayonundan keçən hissəsində qeydə alınıb.

“Niva” markalı avtomobil ilə “Mercedes” markalı minik maşını toqquşub. Nəticədə Zərdab rayon sakinləri Elnur Babaş oğlu Mustafayev, Yusif Sədiyar oğlu Qasımov, Əhməd Amin oğlu Mikayılov və Turan Şahid oğlu Fərəcov müxtəlif bədən xəsarətləri ilə Zərdab Mərkəzi Rayon xəstəxanasına gətiriliblər.

Xəstəxanadan verilən məlumata görə, yaralılara ilkin tibbi yardım göstərildikdən sonra xəstəxanada gedən təmir işləri ilə əlaqədar olaraq onlar ən yaxın məsafədə olan Ucar Mərkəzi Rayon xəstəxanasına yerləşdiriliblər.

Hadisənin baş vermə səbəbi Zərdab Rayon Polis Şöbəsində araşdırılır.

Mənbə: Mir.Az
Şərh Yaz

Xəbər haqqında fikirlərinizi yazın

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
Gözləyin...