Ucarda iki avtomobil toqquşdu: yaralananlar var

Ucarda iki avtomobil toqquşdu: yaralananlar varUcar rayonunda iki nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın məlumatına görə, hadisə bu gün axşam saatlarında, Bakı – Qazax əsas magistral yolunun 217 – ci kilometrliyində, Ucar rayonunun Müsüslü kəndindən keçən hissəsində baş verib.

90-KB-515 dövlət nömrə nişanlı “Nissan” markalı minik maşını ilə 90-LT-864 dövlət nömrə nişanlı “Mitsubishi Pajero” markalı minik maşını toqquşub. Nəticədə “Mitsubishi Pajero”da olan sərnişinlər - Bakı şəhər sakinləri, 46 yaşlı Validə Bəybala qızı Budaqova və 14 yaşlı Zivər Samir qızı Ağayeva müxtəlif bədən xəsarətləri alıblar. Yaralılar Ucar Mərkəzi Rayon xəstəxanasına yerləşdiriliblər.

Faktla bağlı Baş Dövlət Yol Polisinin İstintaq və Təhqiqat şöbəsində araşdırma aparılır.

Mənbə: Mir.Az
Şərh Yaz

Xəbər haqqında fikirlərinizi yazın

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
Gözləyin...