Azərbaycanda iki qəzada 6 nəfər yaralandı

Azərbaycanda iki qəzada 6 nəfər yaralandı Bu gün axşam saatlarında Quba rayonu ərazisində baş verən iki yol-nəqliyyat hadisəsi nəticəsində 6 nəfər xəsarət alıb.

Quba-Xınalıq yolunun 22-ci km-də, rayonun Küsnətqazma kəndi ərazisində qeydə alınan qəzada 4 nəfər xəsarət alıb. Qayadan qopan iri daş parçaları 53 yaşlı Quba rayon sakini, Səftər Bağırovun idarə etdiyi “Opel” markalı maşına çırpılıb. Xəsarət alan şəxslər Quba Mərkəzi Rayon Xəstəxanasına (MRX) yerləşdirilib. İlkin tibbi yardımdan sonra onlar ambulator müalicə üçün evə buraxılıb.

Quba-Xaçmaz yolunun 8-ci km-də, Quba rayon sakini 48 yaşlı Elxan Haşımovun idarə etdiyi “Naz-Lifan” markalı avtomaşının ağaca çırpılması nəticəsində iki nəfər xəsarət alıb. Xəsarət alan 2 nəfər sərnişin Quba MRX-ya yerləşdirilib. Onların vəziyyətlərinin orta ağır olduğu bildirilir.

Hər iki faktla bağlı Quba rayon Polis Şöbəsində araşdırmalar aparılır.

Mənbə: Mir.Az
Şərh Yaz

Xəbər haqqında fikirlərinizi yazın

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
Gözləyin...