Sərnişin avtobusu qəzaya düşdü: 5 yaralı var

Sərnişin avtobusu qəzaya düşdü: 5 yaralı var Qarlı hava şəraiti Göygöldə 2 yol qəzasının baş verməsinə səbəb olub.

Sərnişin avtobusunun qəzaya uğraması nəticəsində 5 nəfər yaralanıb.

ANS PRESS-in verdiyi məlumata görə, Bakı-Qazax magistralının Göygöldən keçən hissəsində sərnişin avtobusu ilə NİVA markalı minik avtomobili toqquşub. Qəza nəticəsində 5 nəfər yaralanıb. Xəstəxanadan verilən məlumata görə, yaralıların vəziyyəti orta ağır hesab edilir. Qəzadan sonra avtobusun digər sərnişinləri saatlarla yolda gözləməli olublar. Sərnişinlərin sözlərinə görə, sürücü avtobusu hadisə yerində qoyub və gedib.

İlkin versiyaya görə hadisəyə qarlı hava və sürücünün ehtiyatsızlığı səbəb olub.

Göygöldəki daha bir qəzanı isə Daşkəsən sakini törədib. Əli Hüseynov avotomobili ilə hərəkətdə olarkən idarəetməni itirib və avtomaşını qarşı tərəfdən gələn İlqar Yusibovun VAZ markalı avtomobilinə çırpıb. Bu qəzada isə VAZ 21015-də olan şərnişin Sahibə Mehdiyeva ağır bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilib.

Hər iki qəza ilə bağlı araşdırma aparılır.

Mənbə: Mir.Az
Şərh Yaz

Xəbər haqqında fikirlərinizi yazın

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
Gözləyin...