Qəzaya düşən xalq artisti açıqlama verdi

Qəzaya düşən xalq artisti açıqlama verdi Ağasəlim Abdullayev: "Bu gün gəlinimin üzünü plastik əməliyyat etdilər. Təzəcə əməliyatdan çıxıb, hələ narkozdan ayılmayıb". “Bu gün gəlinimin üzünü plastik əməliyyat etdilər. Təzəcə əməliyatdan çıxıb, hələ narkozdan ayılmayıb”.

Mir.Az-ın ANS PRESS-ə istinadən verdiyi məlumata görə, bunu avtomobil qəzasına düşmüş xalq artisti, tarzən Ağasəlim Abdullayev xəstəxanada olan gəlinin vəziyyəti ilə bağlı açıqlama verərkən bildirib. “Üzündə cırılmış çapıq, burnunda sınıq vardı, ona görə əməliyyat olundu. Klinik Tibbi Mərkəzdə olarkən tikmişdilər, amma yaxşı alınmamışdı. Özəl klinikada yenidən əməliyyat olundu”.

Öz səhhətinin normal olduğunu deyən tanınmış tarzən heç bir şeyə ehtiyacının olmadığını bildirib.

Qeyd edək ki, Suraxanı rayonu ərazisində, Zığ şossesində baş verən qəzada mahir tar ifaçısı Ağasəlim Abdullayev özü, avtomobili idarə edən oğlu, gəlini və nəvəsi ağır xəsarət alıb, həyat yoldaşı və azyaşlı nəvəsi isə ölüb. Qəzanın səbəbkarı isə “Mercedes-Benz G-55” avtomobilinin sərxoş sürücü, “azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin sədr müavini Mübariz Mədətovun oğlu Xalid Mədətovdur. Oğlunun bu səhvi nəticəsində Mübariz Mədətov “azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin sədr müavini vəzifəsindən azad edildi. Məmur oğlunun özü isə həbs edilərək, barəsində Cinayət Məcəlləsinin 263.3-cü (Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.

Mənbə: Mir.Az
Şərh Yaz

Xəbər haqqında fikirlərinizi yazın

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
Gözləyin...