Astarada zəncirvari qəza: xəsarət alan var

Astarada zəncirvari qəza: xəsarət alan var Ələt-Astara magistralının 220-ci km-də, yolun Astara rayonunun Pensər kəndindən keçən hissəsində gecə saatlarında piyadanın vurulması ilə nəticələnən yol nəqliyyat hadisəsi baş verib.

ANS PRESS-in bölgə müxbirinin verdiyi xəbərə görə, rayonun Təngərud kənd sakini, 53 yaşlı Nəcəfov Sənan Məmməd oğlu idarə etdiyi “VAZ 2106” markalı maşınla Astara istiqamətində hərəkətdə olarkən Hamuşam kənd sakini 21 yaşlı Cəbizadə Ayaz Sarvan oğlunu vurub.

Bundan sonra maşın idarəetməni itirərək yolun ehtiyat hissəsində dayanmış, Pensər kənd sakini Bayramov Loğman Ərəstun oğluna məxsus “Qaz 24” markalı maşına çırpılıb. “Qaz-24” markalı maşın da zərbə nəticəsində yol kənarındakı “KamAZ” markalı maşına dəyib.

Hadisə nəticəsində maşınlara ziyan dəyib və piyada müxtəlif dərəcəli bədən xəsarələri alıb. Xəsarət alan piyada qəzanı törədən sürücü tərəfindən Lənkəran rayon mərkəzi xəstəxanasına çatdırılıb.

Hadisə yerinə Astara rayon DYP bölməsinin əməkdaşları gəlib və araşdırmalara başlanılıb. İlkin araşdırmalar nəticəsində məlum olub ki, qəza yüksək sürət səbəbindən baş verib.

Qəzanın baş verməsinin dəqiq səbəbləri aparılan avtotexniki ekzpertizalar nəticəsində məlum olacaq.

Mənbə: Mir.Az
Şərh Yaz

Xəbər haqqında fikirlərinizi yazın

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
Gözləyin...