Bu ərazilər təbii qazsız qalacaq – XƏBƏRDARLIQ

Bu ərazilər təbii qazsız qalacaq – XƏBƏRDARLIQ

Abşeron rayonunun Masazır qəsəbəsinə, Cəlilabad və Masallı rayonlarının bir hissəsinə təbii qazın verilişində məhdudiyyət olacaq.



“Azəriqaz” İstehsalat Birliyinin ictimaiyyətlə əlaqələr şöbəsindən Oxu.Az-a bildirilib ki, iyunun 4-dən 6-dək “Qaz İxrac” İdarəsinin balansında olan “Astara-Qazıməmməd” və “Qaradağ-Şimal DRES” magistral qaz kəmərləri üzərində tənzimləyici qurğuların quraşdırılması, qaz sızmalarının ləğvi və cari təmir işləri ilə əlaqədar adı çəkilən qaz kəmərlərində qaz təchizatı dayandırılacaq. Təmir müddətində Abşeron rayonunun Masazır qəsəbəsinə, Cəlilabad və Masallı rayonlarının bir hissəsinə təbii qazın verilişində məhdudiyyət yaranacaq.

“Azəriqaz” yaranmış məhdudiyyətlə bağlı bütün istehlakçılardan, təbii qazdan istifadə zamanı xüsusilə diqqətli olmalarını və texniki təhlükəsizlik qaydalarına riayət olunmasını xahiş edir.

Mənbə: Oxu.az
Şərh Yaz

Xəbər haqqında fikirlərinizi yazın

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
Gözləyin...