Azərbaycanda uşaqlara ən çox qoyulan adlar - SİYAHI

Azərbaycanda uşaqlara ən çox qoyulan adlar - SİYAHI

Son 6 ildə Azərbaycanda uşaqlara daha çox eyni adlar qoyulub.



"Report" xəbər verir ki, 2011-ci ildə körpələrə ən çox qoyulan 10 kişi adı Yusif (4170), Əli (2923), Hüseyn (2787), Məhəmməd (1914), Murad (1636), Ömər (1417), Kənan (1353), Nihad (1343), İbrahim (1149) və Fərid (1042) olub.

Ötən il də Yusif (3395), Hüseyn (2360), Əli (2197), Ömər (1750), Məhəmməd (1437), Murad (1320), Tunar (1293), Uğur (1242), Ayxan (1188) və İbrahim (915) ən çox qoyulan oğlan adlarıdır.
Bundan başqa, 2011-ci ildə qızlara ən çox Zəhra (3756), Nuray (3609), Fatimə (3100), Ayan (1657), Zeynəb (1626), Aylin (1596), Fidan (1515), Xədicə (1501), Leyla (1345) və Gülay (1193) adları verilib.

Ötən il isə yenə də Zəhra (3006), Nuray (2172), Fatimə (1908), Zeynəb (1859), Aylin (1665), Məryəm (1572), Mələk (1380), Ayan (1350), Mədinə (1092) və Dəniz (1071) ən çox qoyulan adlar sırasındadır.

Siyahıdan da göründüyü kimi, körpələrə verilən adlar arasında xüsusilə ilk beşlikdə duranlar eyni ilə qalıb.

Qeyd edək ki, bu il oğlanlara yenə də daha çox Yusif, Əli, Hüseyn, Ömər, Uğur, Məhəmməd, Murad, Ayxan, Tunar, İbrahim, qızlara isə Zəhra, Nuray, Zeynəb, Fatimə, Məryəm, Aylin, Dəniz, Mələk, Damla və Ayan adları qoyulub.

Mənbə: Mir.Az
Şərh Yaz

Xəbər haqqında fikirlərinizi yazın

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
Gözləyin...