Bakıda bakirəliyi bərpa edən klinikalar... - Harda, necə, neçəyə? / ARAŞDIRMA

Bakıda bakirəliyi bərpa edən klinikalar... - Harda, necə, neçəyə? / ARAŞDIRMA

Evlilik həyatına başlamazdan 1 ay əvvəl estetik əməliyyatla süni qızlıq pərdəsi yaradılır. Tibbdə buna “himenoplastika” deyilir. Təəssüflər olsun ki, bu üsula baş vuranların sayı getdikcə artır.



Cərrahlar əməliyyatı imitasiya, yəni bənzətmə üsulu ilə həyata keçirirlər. Bu, iki üsulla həyata keçirilir. Birinci üsulla var olan qızlıq pərdəsinin kənarları tikişlə birləşdirilərək müvəqqəti bərpa edilir. Burada qoyulan tikişlər 4-5 gün müddətində sorulub gedir. İkinci metod isə daha qalıcıdır. Bu zaman uşaqlıq yolunun selikli qişasından calaq edilərək, pərdə yenidən yaradılır. Bu əməliyyatdan sonra ilk cinsi əlaqə zamanı qanamanın olub-olmayacağı qeyri-müəyyəndir. Pərdənin tikildiyini isə yalnız mütəxəssislərin bilməsi mümkündür.

Araşdırmalarımız zamanı məlum oldu ki, əməliyyatı Azərbaycanda da həyata keçirən kifayət qədər klinikalar var. Qiymətlər isə fərqlidir: Əgər 2, 3 günlük etdirirsinizsə, 500 manat, 1 aylıqdırsa, 1200-1300 manatdır.

Bəs, bu cür əməliyyatların edilməsi nə dərəcədə doğrudur?

Məsələyə tibb elmləri doktoru, estetik cərrah Adil Qeybulla münasibət bildirib: “Bu cür əməliyyatlar qanunla qadağan olunmur. Bu mentalitetlə bağlı məsələdir. Əməliyyat toyqabağı problemləri ört-basdır etmək üçün nəzərdə tutulub. Nəyinsə müqabilində buna gedilə bilər. Mən bununla məşğul olmuram. Münasibətim isə normaldır”.

Səhiyyə Nazirliyindən verilən açıqlamaya görə, dövlət müəssisələrində belə bir bərpa prosesi aparılmır. Amma özəl tibb müəssisələrində ginekologiya xidməti var, orda aparılır. Qızlıq pərdəsi müəyyən travma nəticəsində, başqa səbəblərdən də itirilə bilər. Yox, əgər pasiyent bunu öz partnyoruna başqa cür qələmə verirsə, dələduzluq edirsə, onun cəzası, mənəvi məsuliyyəti öz boynundadır.

Avropalılar nə düşünür?


İsveçrə Qadın Xəstəlikləri və Ginekologiya Cəmiyyəti (SGGG) kütləvi informasiya vasitələrində açıq məktubla çıxış edərək himenoplastika əməliyyatlarını məsləhət görmədiyini, həmin əməliyyatlara yalnız müstəsna ehtiyac duyularkən əl atılmasının gərəkdiyini bəyan edib.

Mənbə: metbuat.az
Şərh Yaz

Xəbər haqqında fikirlərinizi yazın

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
Gözləyin...