Ayselin eks-ərindən ŞOK AÇIQLAMA — “Aysel Oktayı mən əsgərlikdə olanda tapıb"

Ayselin eks-ərindən ŞOK AÇIQLAMA — “Aysel Oktayı mən əsgərlikdə olanda tapıb"

Bunu açıqlamasında Bakı Lift İdarəsinin baş direktoru Qüdrət Şükürovun qızı Ayselin birinci həyat yoldaşı Elşən Əsgərli bildirib. Onun sözlərinə görə, cütlük 2012-ci ildə evlənib:



"Biz universitetdə oxuyurduq. Orada bir-birimizi sevib ailə qurmuşuq. Həmin vaxt mənim 19 yaşım vardı. Evləndikdən 5 il sonra mən hərbi xidmətə yollandım. Əsgərlikdə olanda, Aysel gedib özünə oğlan tapıb. Bu səbəbdən Aysellə 2016-ci ilin aprel ayında rəsmi olaraq boşanmışıq. Bundan 6 ay sonra Aysel başqası ilə, yəni bugünkü həyat yoldaşı Oqtayla nişanlandı.”

Elşən Əsgərli qeyd edib ki, Aysellə aralarında olan nikah pozulandan sonra qarşı tərəf ona şər-böhtan ataraq, Əsgərlilər ailəsini əxlaqsızlıqda ittiham edib:

"Aysel mənə qarşı təxribata başladı. O, mənim anamın, bacımın şəkillərini sosial şəbəkədə paylaşaraq altından təhqiredici ifadələr yazıb. Bundan əlavə, bizim evin və anamın mobil telefonlarının nömrəsini sosial şəbəkədə paylaşıb. Yazıb ki, guya mənim anam 20 manata əxlaqsızlıq edir. Bu başlıq altında mənim şəkillərimi paylaşır. Hamı görür o, nələr edir. İndi də mənə böhtanlar atır.”

Əsgərli Elşən eks-qayınatası Qüdrət Şükürovu dövlət əmlakını mənimsəməkdə ittiham edib:

"Mənim ailəm həmişə imkanlı olub. Onun həyat yoldaşı "Porche” sürür. Həmin maşını ona Ayselin atası, rüşvətxor məmur alıb. Mənim sürdüyüm maşın isə öz alın tərimlə qazanılıb. Özünə bir "alfons” tapıb. Onların yaşadığı dəbdəbəli həyat Ayselin atasının hesabınadır. Qüdrət müəllim 510 manat maaş alır, mənim atam isə heç bir dövlət işində işləmir, biznesmendir. Qoy cavab versin ki, 510 manatla o dəbdəbəli həyatı necə yaşamaq olar? Bakı Lift Təmir İstehsalat Birliyində baş direktordur. Atasının qrup dəstəsi var, liftləri oğurlatdırır. Məqsədi büdcədən pul qoparmaqdır ki, yenisini alsın. Özünə quldur dəstə yaradıb.”

Qeyd edək ki, gün ərzində səslənən ittihamlarla bağlı Bakı Lift Təmir İstehsalat Birliyinin baş direktoru Qüdrət Şükürovla əlaqə saxlamağa çalışsaq da, Bakı Lift Təmiri İstehsalat Birliyindən onun işdə olmadığını dedilər.

Qüdrət Şükürovun qızına etdiyi toy mərasiminin 400 min dollara başa gəlməsi, bu dəbdəbəli toy mərasiminin şəkillərinin, videolarının paylaşılmasından sonra toy sosial şəbəkələrdə geniş müzakirə olunub.

Mənbə: Mir.Az

Şərhlər 1

  1. Yawasın xalqımız
    Yawasın xalqımız - 19 aprel 2017 00:51
    Ruwvet alamaz axı bura Azerbaycandı burda rüwvet alın bılmez hec bır memur dövlet quluqcusu yerı ıcra orqanları beledıye owcısı hele sehıye ıwcısı heckım rüwvet almir sadece wırınıy ıstır 😂😂😂 rüwvet yoxdu
Şərh Yaz

Xəbər haqqında fikirlərinizi yazın

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
Gözləyin...