Krediti olanlara ŞAD XƏBƏR - Faizlər aşağı düşdü

Krediti olanlara ŞAD XƏBƏR - Faizlər aşağı düşdü

Azərbaycanda həm manat, həm də dollarla kreditlər üzrə orta faiz dərəcəsi aşağı düşüb



Bu barədə Azərbaycan Mərkəzi Bankının aylıq hesabatına istinadən xəbər verir.

Manatla kreditlər üzrə orta faiz dərəcəsi aylıq 0,13 faiz bəndi azalaraq cari il yanvarın 1-nə 12,05%, xarici valyuta ilə verilən kreditlər üzrə isə 0,56 faiz bəndi azalaraq 8,60% təşkil edib.

Bu müddətdə fiziki şəxslərə manatla verilən kreditlər üzrə orta faiz dərəcəsi 16,07%-dən 15,71%-ə, xarici valyutada kreditlər isə 17,30%-dən 16,04%-ə enib. Hüquqi şəxslərə manatla verilən kreditlər bahalaşıb, xarici valyutada isə ucuzlaşıb. Belə ki, dekabrda hüquqi şəxslərə manatla verilən kreditlər üzrə orta faiz dərəcəsi 8,36%-dən 8,55%-ə yüksəldiyi halda, xarici valyutada verilən kreditlərdə orta faiz 5,71%-dən 5,59%-ə enib.

Mənbə: wsemir.com
Şərh Yaz

Xəbər haqqında fikirlərinizi yazın

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
Gözləyin...