Bakıda bəylə gəlin tıxacda qalıb dondu - deputat onları xilas etdi

Bakıda bəylə gəlin tıxacda qalıb dondu - deputat onları xilas etdi

"Bayaq qızımla "Yeni Yasamal”dan evə qayıdırdıq. Taksidə. Bir baxdıq ki, yanımızda "gəlin maşını” qara batıb qalıb. Üstəlik, tıxac. Allahdan, taksi sürücüsü insaflı adam idi, xahişimi havada tutdu və gəlinlə bəyi maşına almağa etiraz eləmədi”.



Bunu millət vəkili Elşən Musayev dilə gətirib.

"Deyən kimi də gəldilər. Donmuşdular soyuqdan. Düz yarım saata "Alatava” yolu ilə bunları çıxardıq "Şərifzadə”yə. Ordan da bir başqa taksi ilə getdilər şadlıq sarayına…

Fidan yol boyunca bəy və gəlinə o qədər sual verdi ki, adamların toy da yadından çıxdı, qar da, tıxac da. "Qazan dibi” söhbətini isə sona qədər xırdaladı. Ta, dillərindən açıq etirafı alana qədər…

Xoşbəxt olsunlar, İnşallah”-deyə, o, daha sonra qeyd edib

Mənbə: azxeber.com
Şərh Yaz

Xəbər haqqında fikirlərinizi yazın

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
Gözləyin...