Bloqqer yoxa çıxdı - Polis axtarış elan etdi

Bloqqer yoxa çıxdı - Polis axtarış elan etdi

Bloqqer Mehman Hüseynovun yaxınları onun oğurlandığını düşünür.



NİDA Vətəndaş Hərəkatının üzvü Ülvi Həsənli Facebook sosial şəbəkəsində yazıb ki, artıq bloqqerin itməsiylə bağlı DİN-in 102 xidmətinə müraciət olunub. 22-ci polis bölməsindən dostlarına M.Hüseynovun artıq axtarışa verildiyini deyiblər.

“Əldə etdiyimiz son məlumatlara və bir neçə şahidin dediyinə görə, Mehmanı şəhərin mərkəzində, Qoqol və Həzi Aslanov küçələrinin kəsişməsində, Hiss Klubun yaxınlığında 5 nəfər mülkigeyimli şəxs ağzını tutub, maşına basıb naməlum istiqamətə aparıblar. Bu o deməkdir ki, Mehman ya oğurlanıb, ya da həbs olunub. Başqa variantların hamısı artıq qüvvədən düşür», – Ü.Həsənli yazıb.

M.Hüseynovun qardaşı, hazırda xaricdə olan Emin Hüseynov bloqqerin «Sancaq» səhifəsindən canlı yayım edərək onun həbs olunma ehtimalından danışıb.

Vəkil Elçin Sadıqov da 102 xidmətinə zəng etdiyini yazıb.

Hələlik, hüquq-mühafizə orqanlarından məsələyə münasibət almaq mümkün olmayıb.

Mənbə: bizimyol.info

Şərhlər 1

  1. Ziya
    Ziya - 10 yanvar 2017 11:58
    Tut gorum hansin tutacaqsan xalq dile gelib uje.bele ozbawinaliq olar yeni!?

    Bir hakimiyyetki xalqdan qorxmur ondan ne desen gozlemek olar.xalqdan cekinmeyen hakimiyyet dinsiz adam kimi bir weydi ne desen gozlemek olar bunlardan
Şərh Yaz

Xəbər haqqında fikirlərinizi yazın

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
Gözləyin...