Azərbaycanda iki gəncin məhəbbəti onları dərdə saldı – VİDEO

Azərbaycanda iki gəncin məhəbbəti onları dərdə saldı – VİDEO

Beş ilə yaxındır bir-birlərini sevdiklərini deyən 23 yaşlı oğlan və qız qoşulub qaçıblar. Gənc qız atasının onu məcburən digər oğlana ərə vermək istədiyi üçün belə etdiyini deyir.



Məmmədovlar ailəsində narazılıq oğlanın valideynləri ilə ilkin razılıqdan sonra başlayıb.

Atası oğlan evinə “hə” dedikdən sonra Günay Məmmədova Elnur Əhmədova qoşulub qaçsa da xoşbəxt ola bilmirlər. Gənclər bildirir ki, qızın əmisi və dayısı onlara təzyiq göstərir, hədə-qorxu gəlir və evə qayıtmasını tələb edirlər. Üstəlik oğlanın valideynlərini də incidirlər.

Olduqları yerləri valideynlərinə də bildirməyən cütlük internetə yerləşdirdikləri video-müraciətdə belə deyiblər.

Elnurun qardaşı Rahib Əhmədov qızın ailəsinin onlara hədə-qorxu gəldiyini bildirib.

Günayın atası Şahin Məmmədov isə qızının öz istəyi ilə qaçmasına inanmır və buna görə də polisə şikayət edib. Onun sözlərinə görə, əgər qızı qohumları ilə görüşüb öz razılığı ilə qaçdığını etiraf etsə, məsələ ilə bağlı şikayəti geri götürəcək. Hazırda isə onlar qızın zorla qaçırıldığını hesab edirlər.

Hazırda faktla bağlı Ağcabədi rayonunda əməliyyat axtarış tədbirləri həyata keçirilir.

Mənbə: Xezerxeber.com
Şərh Yaz

Xəbər haqqında fikirlərinizi yazın

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
Gözləyin...